Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
ZÜLCƏLAL-İ VƏL İKRAM
Həm böyüklük sahibi, həm kərəm və ikram sahibi olan

 

Cəlal və ikram sahibi olan Rəbbinin adı nə ucadır. (Rəhman surəsi, 78)

Dünyada insanın xoşuna gələcək saysız nemət var. Allah qullarının məmnun olacağı müxtəlif detallarla dünyanı bəzəmişdir. Ancaq Allahın sonsuz kərəm və lütfkarlığını göstərəcəyi əsl məkan cənnətdir. Quranda təsvir edilən cənnət Onun sonsuz ikramını nümayiş etdirir.

Cənnətin Quranda izah edilən ən nəzərə çarpan xüsusiyyətlərindən biri nəfslərin arzuladığı hər şeyin möminlərə verilməsidir. Cənnətin altından çaylar axır, yeməkləri və kölgəlikləri daimidir, nə isti, nə soyuqdur. Allah Özündən bir rəhmət olaraq saleh qullarını cənnət bağçalarındakı kölgəliklərdə və bulaq başlarında saxlayacaq. Növ-növ incəliklərə və gözəlliklərə sahib olan cənnətdə möminlərə arzuladıqları meyvələrdən və ətdən bol-bol veriləcək.

Möminlər “Cənnətə daxil olub saysız-hesabsız ruziyə çatarlar”. Həm də cənnətdə inananları “bir-birinin üstündə tikilmiş otaqlar gözləyir”. Bu köşklərin altından çaylar axır. “Qızıl-gümüş, ləl-cəvahiratla bəzənmiş taxtlar üstündə oturacaq” və ətraflarını seyr edəcəklər. Bu zaman edilən ikram da son dərəcə ehtişamlıdır. “Məin (şərab) dolu piyalələr, kuzələr və qədəhlərlə” “onların dövrəsində həmişəcavan xidmətçi oğlanlar dolanacaqlar”. Bu xidmətlər əsnasında möminlərin geyimləri də son dərəcə göz oxşayandır, “... Onlar orada qızıl bilərziklərlə və incilərlə bəzədiləcək, libasları da ipəkdən olacaqdır” (Həcc surəsi, 23)

Şübhəsiz, Qurandakı cənnət təsviri yuxarıda izah edə bildiyimizdən çox üstündür. Aşağıdakı ayələr Allahın cənnətdəki sonsuz kərəmini və ikramını açıq şəkildə bildirir:

... Orada nəfslərin istədiyi və gözlərə xoş gələn hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız.
(Zuxruf surəsi, 71)

(Cənnətdə) hara baxsan nemət və əzəmətli səltənət görərsən. (İnsan surəsi, 20)

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz