Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
XƏBİR
Hər şeyin iç üzündən, gizli tərəflərindən xəbərdar olan

 

Ey iman edənlər, Allahdan qorxun. Hər kəs sabah üçün nəyi təqdim etdiyinə baxsın. Allahdan qorxun. Heç şübhəsiz Allah, etdiklərinizdən xəbərdardır. (Həşr surəsi, 18)

İnsan zaman və məkana tabe olan varlıqdır. Başqa bir nəfərdən xəbər almadıqca, ancaq öz olduğu yerdə (məkanda) və zamanda baş verən hadisələrdən xəbərdar ola bilər. Olduğu zaman və məkanın xaricinə çıxaraq hadisələri qiymətləndirməsi əsla mümkün deyil. Bu da insanın ən böyük acizliklərindən biridir.

Halbuki insanı yaradan Allah zaman və məkanın da Yaradıcısıdır, bu səbəbdən də bunlardan asılı deyil. Zamandan və məkandan münəzzəh olan Allah təbii ki, kainatda baş verən hər hadisədən də xəbərdardır. Belə ki, içində yaşadığımız Südyolu qalaktikasından milyonlarla işıq ili uzaqlıqda olan qalaktikada neçə ulduz olduğundan, hansı səma cisminin hansı orbiti izlədiyindən, torpağın altından yerin üstünə çıxmağa çalışan cücərmiş toxumdan da xəbərdardır... Bundan başqa Allah bu ana qədər yaşamış, bu an yaşayan və bundan sonra da yaşayacaq bütün insanların həyatlarının hər saniyəsindən də xəbərdardır.

Kimin nə vaxt, harada doğulduğu və öldüyü, həyatı boyunca nələr etdiyi, hansı məqsədlər üçün çalışacağı, hətta nə vaxt güldüyü, nə vaxt ağladığı kimi bütün detalların elmi də Onun qatındadır. Çünki O hər şeyin Yaradıcısıdır. Üstəlik bu insanların hər an gördükləri işlərlə yanaşı, ürəklərindən keçirdikləri də Allahdan gizli qalmır. Allah insanların içlərindən keçirdikləri, niyyət edib tətbiq etdikləri, gizlicə hazırladıqları hər şeydən xəbərdardır.

Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır! (Ali-İmran surəsi, 180)

Gözlər Onu dərk etməz. O, gözləri dərk edər. O, lətifdir, xəbərdardır! (Ənam surəsi, 103)

Ölməz, həmişə diri olana bel bağla və Onu həmd-səna ilə təqdis et. (Allahın) Öz bəndələrinin günahlarından xəbərdar olması kifayət edər. (Furqan surəsi, 58)

Qiyamət saatının məlumatı, şübhəsiz Allahın qatındadır. Yağışı yağdırar; rəhmlərdə olanı bilər. Heç kim, sabah nə qazanacağını bilməz. Heç kim də, hansı yerdə öləcəyini bilməz. Heç şübhəsiz Allah biləndir, xəbərdardır. (Loğman surəsi, 34)

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz