Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
VƏHHAB
Hədiyyəsi çox olan, qarşılıqsız hədiyyə edən

 

Yoxsa, güclü və üstün olan, qarşılıqsız bağışlayan Rəbbinin xəzinələri onların yanındadırmı? (Sad surəsi, 9)

Daha əvvəl də bəhs etdiyimiz kimi, Allah möminlərə cənnətdə sonsuz xoşbəxtlik vəd etmiş və bu sonsuz xoşbəxtliyi dünya həyatları əsnasında da başlatmışdır. Saleh qullarını dünyada da gözəl bir həyatla yaşadacağını vəd etmişdir. Buna görə səmimi möminlərin Rəbbimizdən istəyəcəkləri heç bir şeyin sərhədi yoxdur. Möminlər özlərini Allaha yaxınlaşdıracaq, Onu xatırlamalarını, Ona şükr etmələrini təmin edəcək hər şeyi sərhədsiz olaraq istəyə bilərlər. Əlbəttə, Allah bu istəklərə dilədiyi şəkildə qarşılıq verər və möminlər üçün Rəbbimizin razılığı həmişə ən xeyirli şəkildə olar. Bu mövzuda Quranda verilən bir nümunə hz. Süleymanın duasıdır. Bir ayədə hz. Süleymanın “həqiqətən mən mal sevgisini Allahı zikr etməkdən ötəri seçdim” (Sad surəsi, 32) dediyi və daha sonra başqa bir ayədə belə dua etdiyi bildirilmişdir:

O dedi: “Ey Rəbbim! Məni bağışla və mənə elə bir səltənət ver ki, məndən sonra heç kimə nəsib olmasın. Həqiqətən, Sən Bəxş edənsən. (Sad surəsi, 35)

Yuxarıdakı ayədə göründüyü kimi hz. Süleyman Allahdan “heç kimə nəsib olmayan səltənət” istəmiş və Rəbbimizi “Vəhhab” sifəti ilə anmışdır. Çünki bilir ki, Allah səmimi qullarına dünyada və axirətdə qarşılıqsız olaraq hədiyyə edən, işlədikləri saleh əməllərin qarşılığını qat-qat artırandır. Bir ayədə belə buyurulur:

Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxş edənsən. (Ali-İmran surəsi, 8)

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz