Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
VASİ
Hər şeyi əhatə edən

 

Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah Əhatə edəndir, Biləndir. (Maidə surəsi, 54)

Allahın genişliyi bütün kainatı əhatə etmişdir. Yoxluqdan varlığı yaradan Allah məkana tabe deyil, bütün məkanlardan münəzzəhdir. Çünki məkanı da yaradan Allahdır. Bəzi cəmiyyətlərdə Allahın göylərdə olduğu düşüncəsi hakimdir. Allaha dua etdiklərində insanlar, üzlərini göyə çevirərək batil bir inanca yönəlirlər. Gerçəkdə isə “Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar. Həqiqətən, Allah Əhatəedəndir, Biləndir”. (Bəqərə surəsi, 115)

Halbuki Allah, Quranda “göylərin və yerin Rəbbi” olduğunu bizlərə bildirir. Bütün genişliyə sahib olanın da Özü olduğunu söyləyir. Allah hər yeri əhatə etmişdir. Allahın mülkü genişdir. Nemətləri tükənməz, rəhmətinin sərhədi yoxdur, bağışlaması da çox geniş olandır. Qullarının bütün ehtiyaclarını onlar heç bir şey etmədən qarşılayan Allahın rəhməti və mərhəməti sonsuzdur.

“Qəyyum” sifəti xüsusilə möminlər üzərində çox sıx olaraq təcəlli edir. Yuxarıda da ifadə etdiyimiz kimi, Allahın rəhməti və mərhəməti son dərəcə genişdir. İnanan qullarını rəhmətiylə əhatə etmişdir və dünyada onları bütün düşmənlərdən qoruyur. Məsələn, insanlardan bəziləri dinə zərər vermək qəsdiylə möminlərə nemətlərin gəlməsinə mane olmağa, onlara çətinlik yaratmağa çalışırlar. Münafiqlər, "... “Allahın Elçisi yanında olanlara bir şey verməyin ki, dağılıb getsinlər!”..." (Munafiqun surəsi, 7) deyərək inananlara zərər verə biləcəklərini zənn edirlər. Halbuki münafiqlərin gözardı etdikləri bir gerçək var: Allah dilədiyi qulunu geniş rəhmət xəzinəsindən zəngin edər. Çünki göylərin və yerin xəzinələri Onundur. Allahın geniş rəhmət sahibi olduğu bir ayədə belə bildirilir:

Yalnız sizin dininizin ardınca gələnlərə inanın ki, kiməsə sizə verilənin bənzəri verilməsin, yaxud Rəbbinizin yanında sizə dəlil gətirməsinlər”. De: “Şübhəsiz ki, doğru yol Allahın haqq yoludur!” De: “Şübhəsiz ki, lütf Allahın Əlindədir və onu istədiyinə verir! Allah Əhatəedəndir, Biləndir”.(Ali-İmran surəsi, 73)

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz