Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
TƏVVAB
Tövbələri qəbul edib günahları bağışlayan

 

Yalnız tövbə edənlər islah edənlər və bəyan edənlər istisnadır. Mən onların tövbəsini qəbul edərəm. Mən tövbələri qəbul edənəm, Rəhmliyəm! (Bəqərə surəsi, 160)

Allahın ayələrində də bildirdiyi kimi insan “cahil və nankor” olaraq yaradılmışdır. Hər an səhv edə, günah işləyə, zəiflik göstərə bilər. Həm də özünü daim Allaha üsyan etməyə sövq edən, vəsvəsə verməyə çalışan düşməni - şeytan - var. Ancaq insana bu mənfi xüsusiyyətlərə görə edəcəyi səhvləri düzəltmək üçün yol göstərilmişdir: Tövbə etmək...

Yuxarıda da ifadə etdiyimiz kimi insan hər an səhv edə, günah işləyə və ya vəsvəsəyə qapıla bilər. Ancaq nə qədər böyük səhv etsə də özü üçün dönüş yolu var. Allah səmimi olaraq tövbə edən qullarının tövbələrini qəbul edir və onları bağışlayır. Buna görə insan keçmişində nə qədər qafil olsa belə ümidsizliyə qapılması doğru olmaz. Allah Quranda belə xəbər verir:

De: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!” (Zumər surəsi, 53)

Ancaq bütün bunlarla birlikdə unudulmamalı çox əhəmiyyətli bir gerçək var:

Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər. Allah onların tövbələrini qəbul edər. Həqiqətən, Allah Biləndir, Müdrikdir.Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: “Mən indi tövbə etdim!”– deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün üzücü bir əzab hazırlamışıq.(Nisa surəsi, 17-18)

Yuxarıdakı ayələrdə də bildirildiyi kimi Allah ancaq səmimi qullarının tövbələrini qəbul edir. Çünki tövbə həqiqi peşmanlıq və eyni günahı bir daha təkrar etməmək qərarı ilə məna qazanır. Əks halda, bütün həyatını Allahın əmrlərinə üsyan edib, şeytana aldanaraq keçirmiş birinin ölümlə qarşılaşdığı anda gerçəyi anladığından ötrü davranışlarını dəyişdirməsinin mənası olmayacaq. Belə ki, bu haqda Quranda Fironun səmimiyyətsiz tövbəsindən bu cür bəhs edilmişdir:

Biz İsrail oğullarını dənizdən keçirtdik. Firon və onun qoşunu zülm və düşmənçilik məqsədilə onları təqib etdilər. Nəhayət batdığı vaxt dedi: “İsrail oğullarının iman gətirdiklərindən başqa ilah olmadığına inandım. Mən də müsəlmanlardanam!”. “İndimi? Sən ki əvvəllər asilik etmiş və fəsad törədənlərdən olmuşdun”.
(Yunus surəsi, 90-91)

Geri qalmış üç nəfəri də (bağışladı). Hətta yer üzü öz genişliyinə baxmayaraq, onlara dar gəlmiş, ürəkləri sıxılmış və yəqin bilmişdilər ki, Allahdan, ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul Edəndir, Rəhmlidir.
(Tövbə surəsi, 118)

Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, Allah tövbələri qəbul edən və Müdrik olmasaydı (yalan danışanlar Allahın lənətinə gələrdilər). (Nur surəsi, 10)

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz