Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
ŞƏFİ
Şəfaətçi

 

Yoxsa onlar Allahdan qeyrilərinimi özlərinə şəfaətçi etdilər? De: “Əgər onlar heç bir şeyə malik deyillərsə və heç bir şey anlamırlarsa bəs necə olsun?”De: “Şəfaət bütünlüklə Allaha məxsusdur. Göylərin və yerin hökmranlığı da Ona məxsusdur. Sonra siz Ona qaytarılacaqsınız”. (Zumər surəsi, 43-44)

Allaha şirk qoşaraq iman edənlər Onun hüzura gətirildikləri zaman mütləq bir şəfaətçinin şəfaətinə sığınacaqlarını və o şəfaətçinin özlərinə kömək edəcəyini zənn edirlər. İnanclarına görə bu şəfaətçi bəzən onların günahlarını öz boynuna götürəcək, bəzən də onları müdafiə edəcək. Buna görə dünya həyatında daima bu şəfaətçini razı etməyə çalışır, daim onu zikr edirlər. Halbuki bu onların zənnidir və əsla baş verməyəcək. Allah bir çox ayəsində hesab günündə -Allahın diləməsi xaricində- heç kimin heç kimə şəfaət edə bilməyəcəyini bildirmişdir. Bu ayələrdən biri belədir:

Dinlərini oyun və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri tərk et. Bununla xatırlat ki, heç kəs qazandıqlarına görə özünü məhvə məh-kum etməsin. Allahdan başqa onun nə bir hamisi, nə də bir havadarı olacaqdır. O nə cür fidyə versə də, ondan qəbul olunmayacaq. (Ənam surəsi, 70)

O gün heç kim heç kimlə dost deyil, heç kim də bir başqasının günahını yüklənməz. Allah ancaq Özündən məmnun olduğu adamın şəfaət edə biləcəyini söyləyir. Bu adam da yalnız doğrunu söyləyəcək. İnkar edənlər üçün o gün nə köməkçi, nə də şəfaətçi var. Heç kim başqasının əvəzinə heç nə ödəyə bilməz. O gün heç bir dəstək, heç bir alış-veriş və heç bir şəfaət yoxdur. Heç bir insanın Allahdan başqa vəlisi və şəfaətçisi də yoxdur...

Göyləri, yeri və onların arasındakıları altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. Sizin Ondan başqa nə bir haminiz, nə də bir şəfaətçiniz vardır. Məgər düşünərək ibrət götürməyəcəksiniz? (Səcdə surəsi, 4)

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz