Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
ŞARİH
Açan

 

Məgər Allahın, köksünü İslam üçün açdığı və Rəbbinin nura yönəltdiyi şəxs (kafirlə eyni ola bilərmi)? Qəlbi Allahın Zikrinə qarşı sərt olanların vay halına! Onlar həqiqətən azğınlıq içindədirlər. (Zumər surəsi, 22)

Allahın və axirətin varlığı açıq-aşkardır. Ancaq buna baxmayaraq, insanların çoxu iman etmir. Həqiqi imanın ürəyə yerləşməsi isə ancaq yuxarıdakı ayədə bildirildiyi kimi, Allahın insanın “köksünü İslam üçün açması” ilə mümkündür. Belə ki, iman Allahın insana verdiyi ən böyük nemətdir. Allahın səmimi qulları üzərindəki fəzli və rəhməti olmasa, heç birinin qurtulması mümkün olmazdı. Allah insanları yaradarkən onlara pisliyə yönəldən nəfsi vermiş, lakin bununla bərabər nəfsə də “fücurunu (sərhəd tanımaz günah və pisliyi) və ondan çəkinməyi” ilham edərək səmimi qullarının doğru yola çatmalarını təmin etmişdir.

Adamın vicdanı vasitəsiylə çatdığı bu doğru yol, əlbəttə, səmimi imana sahib insanlara verilən bir nemətdir. Allah başqa ayələrdə bu neməti belə xəbər verir:

Lakin Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır. Doğru yolda olanlar da bunlardır.Bunlar Allahın lütfü və neməti sayəsindədir. (Hucurat surəsi, 7-8)

Bütün dəlillərə baxmayaraq, necə yaradıldığını unudaraq inkara sapanların vəziyyəti isə fərqlidir. Allah vicdanından istifadə etməyən, nəfsinə uyan bu insanların ürəklərini İslama açmayacaq. Allahın bu şəxslər üçün Quranda verdiyi hökm belədir:

Həqiqətən, kafirləri qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur, iman gətirməzlər.Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə də pərdə çəkmişdir. Onlar üçün böyük bir əzab vardır.
(Bəqərə surəsi, 6-7)

Nəfsinin istəyini ilahiləşdirən şəxsi gördünmü? Allah elmi sayəsində onu azğınlığa saldı, qulağını və qəlbini möhürlədi, gözünə də pərdə çəkdi. Allahdan başqa kim onu doğru yola yönəldə bilər? Məgər düşünüb anlamırsınız? (Casiyə surəsi, 23)

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz