Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
SANİ
Sənətçi, sonsuz gözəllikləri sənətinin içində yaradan

 

Sən dağlara baxıb onları hərəkətsiz durmuş güman edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. (Bu,) hər şeyi kamil şəkildə edən Allahın işidir. Şübhəsiz ki, O, etdiklərinizdən xəbərdardır. (Nəml surəsi, 88)

Yer üzündə yaradılan canlı və cansız hər varlıqda üstün ağlın, sonsuz elmin bir çox dəlilinə rast gəlmək mümkündür. Şübhəsiz, bunlar Allahın Alim sifətinin təcəllilərindəndir. Ancaq bu varlıqlarda diqqət çəkən çox əhəmiyyətli bir xüsusiyyət daha var: çox incə sənət. Allahın “Sani” sifəti yaratdığı hər şeyə son dərəcə estetik bir görünüş, qüsursuzluq, incə və bənzərsiz bir sənət, uyğunlaşma və dizayn olaraq əks olunur. Məsələn, insan bədənini araşdırsaq qüsursuz və əskiksiz şəkildə dizayn edildiyini görərik. Bütün orqanlar lazımi yerlərə yerləşdirilmiş, məsələn, gözlərin yeri ilə sinə qəfəsində qorunan ürəyin yeri həm bir çox hikmətə görə təyin olunmuş, həm də gözə ən xoş görünəcək şəkildə yaradılmışdır. İnsan bədəninin xarici görünüşündə simmetriyanı təmin edən “qızıl nisbət”dən bəhs etmək mümkündür. Necə ki, rəssamlar çəkdikləri şəkillərdə bu “qızıl nisbət”i istifadə edirlər. Belə ki, hər insanın ağzı, burnu, gözləri son dərəcə incə nisbətlə lazım olduqları yerə yerləşdirilmişdir. Bədəndəki simmetriya da ilk baxışda hər kəsin diqqətini cəzb edir.

Allah bir-birindən fərqli canlılarda “Sani” sifətini əks etdirən detallar yaratmışdır. Heç birinin xarici görünüşü bir başqasına bənzəmir. Tropik zonaya məxsus quşun qanadlarında, ya da çiçəyin yarpaqlarında fosforlu rənglər istifadə edilərkən, kəpənəyin qanadlarında çox fərqli tonlar yaradılmışdır. Eyni şəkildə, sürünənlə quşun və ya dəniz canlısının görüntüsü də bir-birindən tamam fərqlidir.

Bitkilər aləmində də Allahın sonsuz sənətini müşahidə etmək mümkündür. Belə ki, "Yer üzündə sizin üçün yaratdığı müxtəlif rəngli şeyləri də (sizə ram etdi)..." (Nəhl surəsi, 13) ayəsində bildirildiyi kimi Allah bir-birindən fərqli milyonlarla növ bitki və çiçək yaratmışdır. Hamısının qoxusu, forması, rəngi, simmetriyası fərqlidir. Sadəcə bir çiçəyin, məsələn, bir səhləb çiçəyinin belə bəlkə yüzlərlə fərqli görünüşdə, fərqli rəngdə növü var. Eyni şəkildə, hər hansı bir gülün bir-birindən fərqli çoxlu rəngi və bu rənglərin də öz içlərində fərqli tonları var. Şübhəsiz bu rənglər, tonlar, naxışlar açıq-aşkar bir sənətin nümunəsidir.

Allah bu qədər fərqli görüntüdə, amma hər biri çox estetik olan növləri göstərərək sənətindəki sonsuzluğu insanlara göstərmişdir. Diləsəydi hər canlı növündən sadəcə bir növ də yarada bilərdi. Lakin bir neçə növ yaradaraq insanları heyrətləndirən sənət meydana gətirmişdir. Əlbəttə, bu sənəti kitab səhifələrində təsvir etmək, əskiksiz olaraq nümayiş etmək mümkün deyil. Çünki insan dünya üzərində başını çevirdiyi hər yerdə bu sənətin nümunələriylə qarşılaşacaq. Allah qüsursuzca yaradandır.

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz