Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
SALAM
Hər cür təhlükələrdən qullarını salamatlığa çıxaran, cənnətdəki qullarına salam edən

 

O Allah ki, Ondan başqa ilah yoxdur. Məlikdir; Qüddusdur; Salamdır; Mömindir; Mühəymindir; Əzizdir; Cabbardır; Mütəkəbbirdir. Allah, şirk qoşduqlarından çox ucadır. (Həşr surəsi, 23)

Allah Özünə inananlara sonsuz cənnəti müjdələmişdir. Ancaq nəzərdən qaçırılan bir həqiqət var ki, iman edənlər yalnız axirətdə deyil, dünyada da gözəl bir həyatla mükafatlandırılmışlar. Allah dünyadakı və axirətdəki bu müjdəni Quranda belə bildirmişdir:

Sizdə olan nemətlər tükənəcək, Allahın dərgahında olan nemətlər isə daim qalacaqdır. Səbirli olanlara etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq. (Nəhl surəsi, 96-97)

Şübhəsiz, dünyadakı və axirətdəki gözəl həyat, qulları üzərində sonsuz şəfqət sahibi olan Allahın “Salam” sifətinin təcəllilərindəndir. Dünyada gözəl həyat yaşayan, Rəbbimizə qulluq edib etdiyi saleh əməllərdən əcr qazanan mömin axirətdə də “məmnun edilmiş olaraq” cənnətə girəcək. Allah səmimi qullarının axirətdə qarşılaşacaqları mühiti Quranda belə xəbər vermişdir:

Cənnət müttəqilərə yaxınlaşdırılacaq, uzaqda olmayacaqdır. Budur sizə vəd edilən. O, hər bir üz tutan, (Onun əmrinə) riayət edən Mərhəmətli (Allahdan) (Onu) görmədən qorxan və (Allaha) yönəlmiş qəlblə gələn kimsələr üçündür. Ora sağ-salamat daxil olun! Bu, Əbədiyyət günüdür. Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik hüzurumuzda bundan da artığı vardır. (Qaf surəsi, 31-35)

Allahın Salam sifəti eyni zamanda cənnətə qəbul etdiyi qullarına salam verməsi mənasına da gəlir. Allah Yasin surəsinin 58-ci ayəsində "Üstəlik Rəhmli Rəbb: “Salam” deyəcək." - şəklində buyuraraq cənnətə girən insanlara salam verəcəyini bildirir. Şübhəsiz, Allahın salamı möminlər üçün ola biləcək ən böyük müjdədir. Ayələrdə belə buyrulur:

Biz səni ancaq müjdə verən və xəbərdarlıq edən kimi göndərdik. (Furqan surəsi, 75)

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz