Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
SAİQ
Cəhənnəmə atan

 

Günahkarları isə Cəhənnəmə susamış olduqları halda qovub apararıq. (Məryəm surəsi, 86)

İnsan Allaha qul olmaq üçün yaradılmış və bu qulluq vəzifəsini yerinə yetirib yetirməyəcəyinin sınanması üçün dünyaya göndərilmişdir. Dünyada ehtiyacı olan hər şeyi Allah yaratmış, özünə növbənöv nemətlər bəxş etmişdir. Amma insanların bir qismi Allahın verdiyi bütün nemətlərə baxmayaraq, yaradılış məqsədini unutmuş və nankorluq etmiş, üsyan etmişlər.

Əlbəttə, insanların dünyada etdikləri üsyan qarşılıqsız qalmayacaq, çünki Allah sonsuz ədalət sahibidir. Allah Özünü inkar edən, təkəbbürlənən inkarçıların uğrayacaqları sonu aşağıdakı ayələriylə bildirmişdir:

(Onların əməli) Firon nəslinin və onlardan əvvəlkilərin əməlinə bənzəyir. Onlar Bizim ayələrimizi yalan hesab etdilər, Allah da onları günahlarına görə yaxaladı. Allah şiddətli cəza verəndir. Kafirlərə de: “Siz tezliklə məğlub olacaq və Cəhənnəmə toplanılacaqsınız! Ora nə pis yataqdır!” (Ali-İmran surəsi, 11-12)

Ayələrdə bildirildiyi kimi alçaldılaraq toplu şəkildə cəhənnəmə atılan inkarçıların oradakı peşmanlıqları da Quranda bildirilmişdir. Dünyada yaşadıqları həyat boyu özlərinə Allaha qulluq etmək üçün saysız fürsət verilmiş, xatırlatmalar gəlmiş, amma onlar yenə də üz çevirib təkəbbürlənmişlər. Bunun nəticəsi olaraq bu şəxslərin hesab günündə vəziyyətlərinin necə olacağı ayələrdə belə xəbər verilir:

... Sən zalımları əzabı gördükləri zaman: “Qayıtmağa bir yol yoxdurmu?”– deyən görəcəksən. (Cəhənnəm) qarşısına gətirildikləri zaman sən onların zəlillikdən başlarını aşağı salıb gözucu gizlin-gizlin baxdıqlarını görəcəksən. Möminlər deyəcəklər: “Şübhəsiz ki, ziyana uğrayanlar Qiyamət günü özlərini və ailələrini itirənlərdir”. Həqiqətən, zalımlar daimi əzab içində olacaqlar. (Şura surəsi, 44-45)

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz