Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
ŞAFİ
Şəfa verən

 

"Xəstələndiyim zaman mənə şəfa verən Odur;" (Şuəra surəsi, 80)

İnsanın acizliyini qavradığı və nə qədər möhtac olduğunu ən çox anladığı zamanlardan biri də xəstə olduğu vaxtlardır. Allah insana bu duyğunu yaşatmaq üçün bir-birindən fərqli yüzlərlə xəstəlik yaratmışdır. Hər xəstəliyin insan üzərində meydana gətirdiyi fiziki və ruhi təsirlər bir-birindən çox fərqlidir. Ancaq hamısı hikmətli yaradılışın dəlilidir. Gözlə belə görülməyən bir virusun insanı tanınmayacaq hala gətirməsi, bədənə girən bir mikrobun, bəzən diaqnozunun qoyula bilməməsi Allahın gücünün ən açıq dəlillərindəndir. Elm adamlarının tək bir virusu ortadan qaldırmaq üçün apardıqları təcrübələr, araşdırmalar Allahın yaratmadakı üstünlüyünü göstərir.

Xəstəliyi verən Allah olduğu üçün bu xəstəliyin keçməsi də ancaq Allahın diləməsi ilə olur. Allah dilədiyi təqdirdə Şafi sifəti ilə verdiyi xəstəliyi ortadan qaldırır. Necə ki, Allah diləmədikcə bütün dünyanın həkimləri, ən inkişaf etmiş texnoloji cihazlar, kəşf edilən ən son dərmanlar toplansa, yenə də o adamın xəstəliyinin yaxşılaşması qeyri-mümkündür. İstifadə edilən dərmanların hamısı xəstəliyin yaxşılaşması üçün vəsilədir. Əgər Allah diləsə tətbiq olunan müalicəni vəsilə edərək adamın yaxşılaşmasına icazə verər. Necə ki, Allah diləmədikcə çox sadə görünən xəstəlik də adamın ölümünə səbəb ola bilər.

Bu vəziyyətdə insanın vəzifəsi öz acizliyinin yanında Rəbbimizin sonsuz gücünü görmək və çətinlik çəkdiyi hər an Ondan kömək diləməkdir. Mömin bilməlidir ki, heç vaxt Allahdan başqa köməkçi və vəli tapa bilməyəcək. Hz. Eyyub bu mövzuda Quranda nümunə göstərilən, Allaha təslimiyyəti ilə təriflənən elçidir. Hz. Eyyubun şeytan tərəfindən özünə toxundurulan çətinlik qarşısında göstərdiyi gözəl əxlaq, səbr və təvəkkül bütün möminlərə nümunə olmuşdur. Mövzuyla əlaqədar ayədə belə buyurulur:

Əyyubu da (yada sal!) Bir zaman o, Rəbbinə yalvarıb demişdi: “Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!”(Ənbiya surəsi, 83)

Bu çağırışın ardından Allah onun duasını eşitmiş və onu bu çətinlikdən qurtarmışdır. Hz. Eyyub isə səbr etmənin və yalnız Allaha yönəlib dönmənin böyük əcrini almışdır.

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz