Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
SADİQ
Vədinə sadiq, doğru sözlü

 

(Budur) Allahın vədi. Allah Öz vədinə xilaf çıxmaz. Amma insanların əksəriyyəti bilmir. (Rum surəsi, 6)

Allah insanları yaratmış, onlara yaxşılığı əmr edib pislikdən çəkindirən elçilər və bu elçilərlə birlikdə doğru yolu göstərən kitablar göndərmişdir. Bu kitablardan Quran Allahın insanları qaranlıqdan işıqlığa, doğru yola çıxarmaq üçün göndərdiyi son haqq kitabıdır.

Quranda Allah özünə inananlara da, inanmayanlara da bəzi vədlər vermişdir. Bu vəd inkarçılar üçün dünyada çətin dolanışıq, axirətdə isə sonsuza qədər əzab çəkəcəkləri cəhənnəmdir. Ancaq bu dəqiq gerçəyə ehtimal verməyən inkarçılar Allahın vəd etdiyi əzabla qarşılaşmayacaqlarını zənn edirlər. Böyük yalnışlıq içində olan bu insanlara Allah belə buyurur:

Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Allah Öz vədinə əsla xilaf çıxmaz... (Həcc surəsi, 47)

İnananlara vəd edilən isə dünyada da, axirətdə də məmnun qalacaqları həyatdır və onlar Allahın bu vədini yerinə yetirəcəyinə tam iman edirlər. Allah dünyada saleh qullarına olan vədini Quranda belə bildirmişdir:

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir... (Nur surəsi, 55)

Möminlərə axirət üçün vəd edilən isə sonsuza qədər məmnun yaşayacaqları həyatdır. Bu həyat Allahın açıq vədidir və şübhəsiz “Allah vədindən dönməz”. Ayələrdə belə buyurulur:

İman gətirib saleh əməllər edənləri isə altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağlarına daxil edəcəyik. (Bu, )Allahın gerçək vədi sayəsində olacaqdır. Sözündə Allahdan daha doğruçu kim ola bilər?
(Nisa surəsi, 122)

Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır. Heç kəs Onun kəlmələrini dəyişə bilməz. O, Eşidəndir, Görəndir. (Ənam surəsi, 115)

De: “Allah doğru söylədi. Odur ki, İbrahimin hənif dininin ardınca gedin. O, müşriklərdən deyildi”.
(Ali-İmran surəsi, 95)

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz