Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
RƏBBİL-ALƏMİN
Aləmlərin Rəbbi

 

Göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allaha həmd olsun! Göylərdə və yerdə böyüklük yalnız Ona məxsusdur. O, Qüdrətlidir, Müdrikdir. (Casiyə surəsi, 36-37)

Kainatda bir-birindən fərqli bir çox aləm var. İnsanın bunların hamısının adını, sayını və xüsusiyyətlərini bilməsi qeyri-mümkündür. Çünki kainatda yaradılan saysız aləm öz içində də fərqli aləmlərə ayrılır. Yalnız bir balıq növünün özünə bənzər minlərlə növü, bir meyvənin özünə bənzəyən yüzlərlə növü var. Heyvanların, bitkilərin, əşyaların milyardlarla, küləklərin və buludların onlarla növü var. Allah bir-birinə heç bənzəməyən, fərqli irqlərə, bədənlərə, dillərə və mədəniyyətlərə sahib olan milyardlarla insan yaratmışdır.

Bunlarla yanaşı Allah gözlə görülməyən atomların dünyasını, bədənimizin hər millimetrini əmələ gətirən mükəmməl sistemlərə sahib hüceyrələri və yenə insan gözüylə görülməyən yüzlərlə canlını yaratmışdır. Dənizin minlərlə metr dərinliyində yaşayan, heç kimin görmədiyi mərcan koloniyasının da Rəbbi Allahdır. Allah mikroorqanizmlərin əmələ gətirdiyi mikro aləmdən, kosmosdakı göy cisimlərinin əmələ gətirdiyi makro aləmə kimi saya bilməyəcəyimiz qədər geniş aləmə biz yatarkən, oyaqkən, ya da bir işlə məşğul olarkən davamlı nəzarət edir, hamısını idarə edir, hamısını bəsləyir və həyatlarını davam etdirmələrinə icazə verir. Allah bütün aləmlərin Rəbbi olduğunu insanlara belə bildirir:

Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib surətlərinizi gözəl şəklə salan, sizə pak nemətlərdən ruzi verən Allahdır. Budur sizin Rəbbiniz olan Allah. Aləmlərin Rəbbi olan Allah nə qədər xeyirxahdır! O, Yaşayandır, Ondan başqa məbud yoxdur. (Allaha), dini yalnız Ona məxsus edərək, dua edin. Aləmlərin Rəbbi olan Allaha həmd olsun! (Mömin surəsi, 64-65)

İnsan yalnız bir okeanın içindəki həyatı, burada yaşayan canlıların qidalanmalarını, yaşadıqları ortaq həyatı və soylarının davamı üçün qorunan həssas tarazlığı düşündüyü zaman Allahın yaratmasındakı sonsuz qüdrəti təqdir edəcək.

Şübhəsiz, Allah yalnız kainatın içində olan saysız aləmin deyil, tam başqa zamanda və məkanda yaşayan cinlərin və mələklərin də Rəbbidir. Bu varlıqların da hamısını Allah yaratmış və hamısına boyun əydirmişdir. Allahın yaratdığı aləmlər insan ağlının və təxəyyülünün xaricindədir. Hamısı Onun qüsursuz yaratmasının, sənətinin və sonsuz gücünün əsərləridir.

Allahın bu ucalığı və böyüklüyü qarşısında insanın vəzifəsi hz. İbrahim kimi özünə 'Təslim ol' buyurulduğu zaman Rəbbimizə Quranda xəbər verildiyi üzrə "... Aləmlərin Rəbbinə təslim oldum" (Bəqərə surəsi, 131) cavabıyla yönəlməkdir. Bütün həyatını Quranda özünə " De: “Şübhəsiz ki, mənim namazım da, ibadətim də, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allaha məxsusdur! " (Ənam surəsi, 162) ayəsiylə əmr edildiyi kimi, yalnız Allahın razılığını qazanmaq üçün yaşamaqdır. Ayələrdə belə buyrulur:

Zalım camaatın kökü kəsildi. Həmd olsun aləmlərin Rəbbi Allaha. (Ənam surəsi, 45)

Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır. (Əraf surəsi, 54)

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz