Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
RAQİB
Bütün varlıqlara nəzarət edən, bütün işləri idarə edən

 

Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın (törədib yer üzünə) yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir. (Nisa surəsi, 1)

Allah yoxdan yaratdığı bütün varlıqları qoruyan və onlara nəzarət edəndir. Kosmosun dərinliklərindəki ulduzlar və sistemlərdən, dünyanı əhatə edən atmosferdəki hadisələrə, insanların əmələ gətirdiyi cəmiyyətlərdən yer üzünü örtən bitki örtüyünə, insan bədənindəki kompleks sistemlərdən mikro və makro aləmlərə qədər və gözlə görə bilmədiyimiz hər şeyi müşahidə edən, şahid olan, nəzarət edən Allahdır.

İnsan başıboş buraxıldığını, məqsədsiz olaraq həyatını davam etdirə biləcəyini zənn edə bilər. Amma hansı iş üzərində olursa olsun, Allah onun üzərində şahiddir. Heç kim Allahdan bir şey gizləyə bilməz. Gizli razılaşma, plan, sirr, tələ… Bunlar Allah qatında əsla gizlədilməsi mümkün olmayan hadisələrdir. Hər şeyi görən, eşidən və bilən Allahın Şəxsindən heç nə gizli qalmadığı üçün hər kəsin etdiyinə ədalətlə qarşılıq verilir. İnsanların çoxunda "Allahın kainatı yaratdığı, sonra hər şeyi öz halına buraxdığı" kimi səhv düşüncə var. Halbuki bu çox böyük yanılma və zənndir.

İnsanın adi gözlə heç bir zaman görə bilməyəcəyi hüceyrənin içindəki detalları Allah ən incə detalına qədər biləndir. Bədəndəki bir hüceyrə digər trilyonlarla hüceyrə ilə birlikdə çox nizamlı şəkildə hərəkət edərkən, bəzən fərqli davranır və bu gün tam olaraq qaynağı və müalicəsi tapılmayan xərçəng ortaya çıxır. İnsan öz içində yaranan bu hadisədən xəbərsiz ikən Allah bütün bunların üzərində şahiddir və hər mərhələni öz idarəsi altında saxlayır. Necə ki, insan Allahın izni olmadan bir addım belə ata bilmirsə, o hüceyrə də Allahdan xəbərsiz kiçik bir hərəkət belə edə bilməz.

Allah hər şeyi yaradandır, biləndir. O, bütün məlumatların tək qaynağıdır. Heç bir varlıq Onun elmi xaricində bir şey edə bilməz. Bir ayədə belə buyrulur:

... Allah hər şeyə nəzarət edəndir. (Əhzab surəsi, 52)

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz