Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
QAHHAR
Qəhr edən, hər şeyə istədiyini edəcək surətdə qalib və hakim olan

 

O gün yer başqa bir yerlə, göylər də (başqa göylərlə) əvəz olunacaq (və insanlar) Tək olan, Qalib gələn Allahın hüzurunda duracaqlar. (İbrahim surəsi, 48)

Allah insanların çətinliklərini aradan qaldırma gücünə və onların ürəklərinə fərahlıq verməyə necə qadir isə onları böyük bir əzabla qəhr etməyə də qadirdir. Quranda Allahın Öz qatından göndərdiyi əzablarla həlak olmuş qövmlərdən nümunələr verilir. Bu insanlar haqq dindən üz çevirdikləri və Allaha baş qaldırdıqları üçün səhər vaxtı, heç şüurunda belə olmadan böyük bir fəlakətlə yox edilmişlər. Allah inkar edən qövmlərin üzərinə evlərini yerlə bir edən qasırğalar göndərmiş, palçıqdan daşlar yağdırmışdır. Xəbərdar etdiyi insanların yaşadıqları şəhərləri yerlə-yeksan edən leysanlar yağdırmışdır. Torpağın altını üstünə çevirən zəlzələləri üstlərinə göndərmiş, yalnız bir səslə hamısını yerin dibinə keçirmişdir. Açıq-aydın göründüyü kimi Allahın bir insanı qəhr etməsi heç nə ilə müqayisə edilə bilməz.

Lakin bütün bu saydıqlarımız Allahın dünya həyatında insanlara verdiyi əzablardır. Onları etdiklərindən ötəri dünyada yaşayarkən qəhr etməsidir. Amma insanın əsl əzabla qəhr edilməsi cəhənnəmdədir. Allahın sonsuz rəhmətinə qarşılıq olaraq Onun qədrini təqdir edə bilməyən və nankorluq edən insanlar axirətdə cəhənnəm əzabı ilə qarşılaşacaqlar. Dünyada işlədikləri günahların tam qarşılığı axirətdə özlərinə veriləcək.

Allah inkarçıları cəhənnəmə atmaqla daha əvvəl heç qarşılaşmadıqları əzabla cəzalandıracaq, cəhənnəm oduyla yanan dərilərini yeniləri ilə dəyişdirəcək və onların üzərinə oddan divarlar hörəcək. Belə ki, insanın dünyada çəkdiyi əzablar cəhənnəmdə qarşılaşdıqlarının yanında çox yüngül olacaq. Necə ki, Quranda cəhənnəmə girən insanların Allahdan özlərini öldürməsi və əzabdan qurtarması üçün yalvardıqları xəbər verilir. Allah dünya həyatında Özündən üz çevirənləri cəhənnəmdə sonsuz gücü ilə qəhr edəcək. Allahın bu vədi ayələrdə belə xəbər verilir:

O Öz qulları üzərində mütləq hakimiyyət sahibidir. O, Müdrikdir, Xəbərdardır. (Ən'am surəsi, 18)

De: “Göylərin və yerin Rəbbi kimdir?” De: “Allahdır!” De: “Siz Onu qoyub özlərinə nə bir fayda, nə də bir zərər verməyə qadir olmayanlarımı özünüzə dost tutursunuz?” De: “Korla görən eyni ola bilərmi? Yaxud zülmətlə nur eyni ola bilərmi?” Yoxsa onlar Allaha, Onun yaratdığı kimi yaradan şəriklər tapdılar və (bu) yaradılış onlara bənzər göründü? De: “Hər şeyi yaradan Allahdır. O Təkdir, Qalib gələndir”. (Rəd surəsi, 16)

O gün (insanlar) (yer üzünə) çıxacaq və onların heç bir şeyi Allahdan gizli qalmayacaqdır. (Allah deyəcək:) “Bu gün hökm kimə məxsusdur? Tək olan, qalib gələn Allaha!” (Mömin surəsi, 16)

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz