Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
QADİR
İstədiyini istədiyi kimi etməyə gücü çatan

 

Yer üzünü qupquru görməyin də Onun dəlillərindəndir. Biz yerin üzərinə su endirdikdə o, hərəkətə gəlib qabarır. Şübhəsiz ki, onu dirildən, ölüləri də hökmən dirildəcəkdir. Həqiqətən, O, hər şeyə qadirdir.
(Fussilət surəsi, 39)

Quranın bir çox ayəsində bildirildiyi kimi reallaşan hər hadisə Allahın elmi daxilindədir və Onun "Ol" deməsiylə yaranır. Yer üzündə hər bir yarpağın budaqdan qopub düşməyi Onun icazəsi ilədir, yenə heç bir dişi Onun icazəsi olmadan hamilə qalmaz və heç bir canlı Ondan xəbərsiz doğulmaz. Kainatda reallaşan hər hadisə, ancaq Onun diləməsiylə baş verir. O, iman etməyən bir qövmün yerinə dərhal yenisini gətirməyə qadirdir. Dilədiyinə tayı-bərabəri olmayan mülk verər, dilədiyindən bütün mülkünü alar. İman etməyən qövmə əzab heç gözləmədikləri anda və heç gözləmədikləri şəkildə gələr. Allah diləsə yer üzünün bütün bərəkətini alar, onu qurudar və üzərində həyata dair heç bir iz buraxmaz. Göylərdə və yerdə Allahı aciz buraxacaq heç bir qüvvət yoxdur. O, istədiyini istədiyi şəkildə etməyə qadirdir. Allahın sonsuz güc və qüdrəti ayələrdə belə bildirilir:

Məgər onlar yer üzündə gəzib-dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi? Onlar ki bunlardan daha qüvvətli idilər. Göylərdə və yerdə Allahdan qaçıb xilas ola biləcək heç bir şey yoxdur. Həqiqətən, O, Biləndir və (hər şeyə) Qadirdir. (Fatir surəsi, 44)

And içirəm məşriqlərin və məğriblərin Rəbbinə! Biz doğrudan da, (elə bir) qüdrətə malikik ki, – (onları) daha yaxşıları ilə əvəz edə bilərik. (Bunda) qarşımıza çıxa bilən tapılmaz. (Məaric surəsi, 40-41)

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz