Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
NASİR
Kömək edən

 

Onlara kömək göstərdik və qalib gəldilər. (Saffat surəsi, 116)

İnananların tək köməkçisi və vəlisi Allahdır. Möminlər hər çətinlikdə, hər şəraitdə Ondan kömək diləyir və Allah da onlara kömək edir. Peyğəmbərlər hökm vermək lazım olduğu zaman ədaləti təmin etmək və dünyada Allahın razılığını qazanmaq məqsədiylə xərclənəcək mal-mülk üçün, xəstələndiklərində şəfa tapmaq üçün və həyatlarının hər anında istədikləri hər şey üçün yalnız Allaha yönəlmişlər. Allah da onların bu səmimi istəklərinə qarşılıq vermiş və onlara hər mövzuda kömək etmişdir. Allah kitabında elçilərinə bu vədləri vermişdir:

Bizim elçi göndərdiyimiz qullarımız haqqında bu Sözümüz əzəldən deyilmişdi: “Həqiqətən, onlara kömək göstəriləcəkdir. (Saffat surəsi, 171-172)

Beləcə, Biz hər peyğəmbər üçün günahkarlardan bir düşmən etdik. Doğru yolu göstərən rəhbər və yardımçı kimi Rəbbin sənə yetər. (Furqan surəsi, 31)

Allah möminlərin də tək köməkçisidir. Quranda Allah, "... Möminlərə yardım etmək Bizim borcumuz idi…" (Rum surəsi, 47) ayəsiylə bütün iman edən qullarına kömək edəcəyini xəbər vermişdir. Ancaq Allahın köməyini qazanmaq üçün ən əhəmiyyətli şərtlərdən bəziləri Onun dininə kömək etmək, hədlərini qorumaq və bunun uğrunda cəhd göstərməkdir.

Bu cür səmimi səyin qarşılığında möminlər daim Allahın köməyi ilə qarşılıq alırlar. Allahın vəd etdiyi kimi, zəfər yalnız Rəbbimizə inananların, Onun razılığı və məmnuniyyəti üçün səy göstərənlərindir. Bir ayədə belə buyrulur:

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir. (Nur surəsi, 55)

Dünyada möminləri tək və köməksiz buraxmayan Allah ölümlərindən sonra axirət həyatlarında da onların yeganə vəlisi və köməkçisi olacaq. Allah möminlərə dünyada və axirətdə kömək edəcəyini vəd etmişdir və şübhəsiz, Allah vədinə xilaf çıxmayandır:

Şübhəsiz ki, Biz Öz elçilərimizə və möminlərə həm dünya həyatında, həm də şahidlərin şəhadət verəcəyi gün yardım edəcəyik. (Mömin surəsi, 51)

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz