Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
MÜZİL
Zillətə salan, alçaldan və zəlil edən

 

Elə isə yer üzündə dörd ay gəzib dolaşın və bilin ki, siz Allahdan yaxa qurtara bilməyəcəksiniz və Allah kafirləri rüsvay edəcəkdir. (Tövbə surəsi, 2)

Allah inkarçıları "dünya əzabı"nın bir hissəsi olaraq alçaldır. Bütün həyatlarını başqalarına özünü göstərmək, onlardan təqdir almaq üçün yaşayan inkarçılar üçün “alçaldılma” çox böyük əzabdır. Allah Quranda dünyada verilən bu əzabın xüsusiyyətini belə bildirir:

Onlardan əvvəlkilər də yalançı saymışdılar və əzab da onlara gözləmədikləri yerdən gəldi. Allah onlara dünya həyatında rüsvayçılığı daddırdı. Axirət əzabı isə daha böyükdür. Kaş ki, biləydilər! (Zumər surəsi, 25-26)

Allah bu ismini möminlərin və xüsusilə də elçinin əliylə təcəlli etdirir. Bu gerçəyə Quranda belə işarə edilib:

... Allah sizin əllərinizlə onlara əzab versin, onları rüsvay etsin, sizə onların üzərində qələbə çaldırsın, mömin camaatın qəlbini sevindirsin və möminlərin qəlbindən qəzəbi silib aparsın. Allah istədiyi kəsin tövbəsini qəbul edər. Allah Biləndir, Müdrikdir. (Tövbə surəsi, 14-15)

Quranda bizə bildirildiyinə görə hz. Süleyman öz hakimiyyətində inkarçıların ürəklərinə qorxu salmış, onları alçaltmışdır. Hz. Süleyman inkarçı qövmə göndərdiyi mesajda belə demişdi:

Onların yanına qayıt! Biz onların üstünə qarşısında dura bilməyəcəkləri bir ordu ilə gəlib onları oradan zəlil və alçalmış vəziyyətdə çıxardarıq!” (Nəml surəsi, 37)

Bundan başqa Allah bir çox ayəsində axirətdə inkarçılara alçaldıcı bir əzab olduğunu xəbər verir. Bu, inkarçıların dünya həyatındakı qürur və təkəbbürlənmələrinə qarşı Allahın təqdir etdiyi cəzadır. Çünki dünya həyatında inkarçıların ən böyük hədəflərindən biri başqa insanlar tərəfindən təqdir edilməkdir. Buna görə də həyatlarını Allahı tərifləməklə deyil, özlərinə tərif yığmaqla keçirirlər. Allah da bu istəklərinə qarşı cəhənnəmdə onları alçaldır. Ən böyük alçaldılmanı isə cəhənnəmdə insanların qarşısında alçaldılaraq yaşayacaqlar. Bir ayədə belə buyrulur:

Kafirlər Odun qarşısına gətiriləcəkləri gün (onlara deyiləcəkdir:) “Siz dünya həyatınızda pak nemətlərinizi sərf edib qurtardınız və onlardan zövq aldınız. Bu gün isə siz yer üzündə haqsız olaraq təkəbbür göstərdiyinizə və asi olduğunuza görə alçaldıcı əzabla cəzalandırılacaqsınız!” (Əhqaf surəsi, 20)

Allahın cəhənnəmdə hazırladığı alçaldılma bənzərsizdir və minlərlə növü var. Cəhənnəmdəki bu alçaldılmanın inkarçıların ruhunda yaratdığı kiçiklik üzlərinə də əks olunacaq, üzlərini bir zillət örtəcək. Mövzuyla əlaqədar ayələr belədir:

O gün üzlər zəlil olub yerə dikiləcək. (Ğaşiyə surəsi, 2)

Pis işlər görənlərə isə pisliyin cəzası onun misli qədər verilər. Onları zillət bürüyər. Onları Allahdan qoruya bilən bir kimsə də yoxdur. Onların üzləri sanki zülmət gecənin parçalarına bürünmüşdür. Onlar Od sakinləridir və orada əbədi qalacaqlar. (Yunus surəsi, 27)

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz