Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
MÜZƏKKİ
Bütün qüsur və ayıblardan, mənəvi çirklərdən qullarını təmizə çıxaran, təmizləyən

 

Özlərini öyənləri görmürsənmi? Xeyr! Allah istədiyini tərifləyər və onlara xurma çərdəyindəki tel qədər haqsızlıq edilməz. (Nisa surəsi, 49)

Qüsurdan münəzzəh olan, yalnız Allahdır. İnsan isə unuda bilər, yanıla bilər, qəflətə düşüb səhv edə bilər. Bu vəziyyət insanın hər mövzuda aciz olduğunun və hər şeydə Allaha möhtac olduğunun göstəricisidir. Möminin vəzifəsi səhv və günahını dərk etdikdə dərhal peşman olub tövbə edərək eyni günahı təkrar işləməməyə diqqət etməkdir. Yoxsa özünü səhvsiz, günahsız göstərmək, təmizə çıxarmaq deyil... Çünki bu çox böyük səhvdir. Bir ayədə belə buyurulur:

Onlar kiçik günahlar istisna olmaqla, böyük günahlardan və iyrənc əməllərdən çəkinirlər. Həqiqətən, sənin Rəbbin geniş məğfirət sahibidir. O, sizi torpaqdan yaradanda da, siz analarınızın bətnində rüşeym halında olanda da sizi yaxşı tanıyırdı. Özünüzü təmizə çıxartmayın! Çünki O, kimin qorxduğunu yaxşı bilir.
(Nəcm surəsi, 32)

Səmimi mömin səhvlərinin, acizliyinin şüurundadır, buna görə davamlı olaraq Allahdan bağışlanma diləyir. Allahın rəhmətini və razılığını ümid edir. Allah da onun qüsurlarını örtür, günahlarını bağışlayır, gerçək mənada təmizləyir və üstün mövqeyə yüksəldir.

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz