Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
MÜSTƏAN
Özünə ehtiyac olunan və Özündən kömək gözlənilən

 

(Peyğəmbər) dedi: “Ey Rəbbim! (Mənimlə kafirlər arasında) ədalətlə hökm ver! Sizin aid etdiyiniz sifətlərə qarşı ancaq ər-Rəhman olan Rəbbimizdən kömək diləmək lazımdır”. (Ənbiya surəsi, 112)

İnsanın sadəcə tək və çarəsiz qaldığı zaman deyil, rahat olduğu vaxtlarında da Allahın varlığını, gücünün böyüklüyünü hiss edərək dua etməyə ehtiyacı var. Başqa sözlə, yaradılmış olan insanın duaya möhtac olmadığı bir an belə yoxdur. Çünki Allah diləmədikcə insanın heç nəyə gücü çatmır. İnsan çox böyük acizlik içində yaradılmışdır. İnsan, ancaq Allahın lütfü və rəhməti sayəsində yaşaya bilər.

Allah isə yalnız Özünə sığınılan, ehtiyac olunan İlahdır. Özündən kömək gözlənilən, mədət umulan da yalnız Odur. Ondan başqa heç kimin nəinki başqasına, öz nəfsinə belə kömək etməyə gücü yoxdur. Allah dilədiyini dilədiyi şəkildə istiqamətləndirməyə, dəyişdirməyə qadirdir. Onun "Ol" deməsiylə hər dilədiyi olur.

Qullarına ruzi verən, göydən suyu endirən, nemətlər bağışlayan, xəstələndiyi zaman şəfa verən, güldürən, ağladan, ucaldan, önə keçirən, göydən yerə qədər bütün işləri idarə edən yalnız Allahdır. Rəbbimiz nemətlərini geri alsa, ya da bir müsibət diləsə insanı bundan qoruyacaq heç kim yoxdur, ya da bir xeyir diləsə bunun da qarşısını ala biləcək heç kim yoxdur. Özünə ehtiyac olunan və kömək umulan da yalnız Odur. Xeyir Onun əlindədir. Yalnız insanlar deyil, bütün kainat Allaha sığınır, Ondan kömək diləyir.

Allah Özündən başqa kömək dilənəcək heç kimin olmadığını bir çox ayədə bildirib. Ayələrdə belə buyrulur:

Onlar heç bir şey yaratmayan, özləri xəlq edilmiş olan şeyləri şərik qoşurlar? (Bütlər) nə onlara yardım edə bilər, nə də özlərinə kömək edə bilərlər. Siz onları doğru yola çağırsanız, sizin ardınızca gəlməzlər. Onları çağırsanız da, sussanız da sizin üçün fərqi yoxdur. Allahdan savayı çağırdıqlarınız da sizin kimi qullardır. Əgər doğru deyirsinizsə, çağırın onları, sizə cavab versinlər. Məgər onların ayaqlarımı var, onunla yerisinlər? Yoxsa onların əllərimi var, onunla tutsunlar? Yoxsa onların gözlərimi var, onunla görsünlər? Yoxsa onların qulaqlarımı var, onunla eşitsinlər? De: “Çağırın şəriklərinizi! Sonra mənə qarşı hiylə qurun və mənə heç möhlət də verməyin! Həqiqətən, mənim himayədarım Kitabı nazil edən Allahdır. O, əməlisalehlərə himayəçilik edir. Ondan savayı çağırdıqlarınız nə sizə yardım edə bilər, nə də özlərinə köməkçi ola bilərlər”. Siz onları doğru yola çağırsanız, eşitməzlər. Onları sənə baxan görürsən, halbuki onlar görmürlər. (Əraf surəsi, 191-198)

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz