Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
MUHİT
Əhatə edən

 

Doğrudan da, onlar öz Rəbbi ilə qarşılaşacaqlarına şübhə edirlər. Həqiqətən, O, hər şeyi əhatə edir.
(Fussilət surəsi, 54)

Dindən uzaq yaşayan insanlar gizli şəkildə etdikləri saxtakarlıqları, söylədikləri yalanları qarşılarındakı insanların bilmədiyini düşündükləri üçün içlərində qəribə bir həyəcan hiss edirlər. Etdiklərini çox böyük bir qazanc olaraq görür, hətta bundan ötəri “ağılsızca” təkəbbürlənirlər. Halbuki bütün saxtakar hərəkətlər şəxsin öz əleyhinədir. Belə ki, inkar edən adam zərərdə olduğunun fərqində belə deyil. Lakin düşünmədiyi bir nöqtə daha var: Hər şeyin üzərində şahid olan, eşidən, görən Allah özünü hər tərəfdən əhatə edir.

İnkarçılar Allahı etdiklərindən xəbərsiz sanırlar. Bu gerçək aşağıdakı ayədə belə bildirilir:

Onlar (öz günahlarını) insanlardan gizlədir, Allahdan isə gizlətmirlər. Halbuki onlar (Allahın) razı qalmadığı sözləri gecələr xəlvətdə söylədikləri vaxt belə, O, onların yanında olur. Allah onların nə etdiklərini əhatə edir. (Nisa surəsi, 108)

Heç bir düşüncə, heç bir pıçıltı Allahdan gizli qalmaz. O bütün insanların ürəklərində olanı bilir, onlara “şah damarlarından daha yaxındır”. Allah insanları və etdiklərini əhatə etdiyi kimi bütün kainatı da əhatə etmişdir. Onun hakim olmadığı varlıq yoxdur. Allah cinlərin və mələklərin olduğu və daha bilmədiyimiz aləmləri də Yaradan və elmi ilə əhatə edəndir. Ali-İmran surəsində bu gerçəyə belə diqqət çəkilir:

Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbir etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz. Həqiqətən, Allah onların etdiklərini əhatə edir. (Ali-İmran surəsi, 120)

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz