Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
MUAZZİB
Əzablandıran

 

O gün heç kəs Onun verdiyi əzab (kimi) əzab verə bilməz və heç kəs Onun buxovladığı (kimi) buxovlaya bilməz. (Fəcr surəsi, 25-26)

Ətraflarındakı bütün dəlillərə baxmayaraq, Allaha iman etməyən, Onun böyüklüyünü, qüdrətini tanımamaq üçün müqavimət göstərən insanlar, şübhəsiz, böyük bir əzaba da layiqdirlər. Çünki Allah insanı yaratmış, yer üzünə yerləşdirmiş və orada ehtiyacı olan hər şeyi özünə vermişdir. Ancaq Allahın verdiyi bütün bu nemətlərə baxmayaraq, bəzi insanlar inkar edirlər. Hətta bir qismi azğınlıqla Allaha iman edən möminlərə kin bəsləyir, Allahın dininə maneə törətməyə çalışırlar. Əlbəttə, Allah bu insanlara layiq olduqları qarşılığı dünyada da, axirətdə də verəcək.

Allah dünyadakı hökmünü elçiləri vasitəsilə yerinə yetirir. Buna görə inkar edənlərə daddırdığı dünya əzabının bir qismi də elçilərinin vasitəsiylə olmuşdur. Allah, elçiləri vasitəsi ilə inkarçıların öncüllərini əzablandırdığını ayələrində belə bildirir:

Əgər münafiqlər, qəlblərində mərəz olanlar və Mədinədə qəsdən yalan şayiələr yayanlar (bu pis əməllərinə) son qoymasalar, şübhəsiz ki, səni onların üstünə qaldırarıq. Sonra onlar səninlə ancaq az bir müddət orada qonşu ola bilərlər. (Əhzab surəsi, 60)

Allahın öncə gəlib-getmişlər haqqında qayda-qanunu belədir. Sən Allahın qoyduğu qayda-qanunda əsla dəyişiklik görməzsən! (Əhzab surəsi, 62)

İnkarçıların axirətdə qarşılaşacaqları əzab isə sonsuza qədər davam edəcək qorxunc bir əzabdır. Allah orada insanı həm fiziki, həm də psixoloji cəhətdən əzablandıracaq çox müxtəlif üsullar yaradıb. Çünki Allah yaratdığı qullarının zəifliklərini ən yaxşı biləndir və bu zəifliklərə görə ən çox əzabı da yenə Allah verəcək. Muazzib olan Allah axirətdə inkarçılara verəcəyi əzabı Quranda bir çox ayəylə bildirmişdir. Ayələrdə belə buyrulur:

Axirətə iman gətirməyənlər üçün isə sarsıdıcı bir əzab hazırlamışıq. (İsra surəsi, 10)

Fasiqlərə gəldikdə isə onların sığınacağı yer od olacaqdır. Hər dəfə onlar oradan çıxmaq istədikdə yenidən ora qaytarılacaq və onlara: “Yalan saydığınız odun əzabını dadın!”– deyiləcəkdir. Ən böyük əzabdan əvvəl Biz onlara mütləq kiçik əzabdan daddıracağıq ki, bəlkə (doğru yola) qayıtsınlar. (Səcdə surəsi, 20-21)

Qullarıma xəbər ver ki, Mən, Bağışlayanam, Rəhmliyəm. Əzabım isə üzücü əzabdır. (Hicr surəsi, 49-50)

Onlardan öncəkilər də hiylə qurmuşdular. Sonra Allah onların tikililərini özülündən dağıtdı, tavanları başlarına uçdu və əzab onlara gözləmədikləri yerdən gəldi. (Nəhl surəsi, 26)

Kafir olub (insanları) Allah yolundan sapdıranlara törətdikləri fitnə-fəsada görə əzab üstündən əzab artıracağıq. (Nəhl surəsi, 88)

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz