Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
MUAXXİR / MUQƏDDİM
İstədiyini yubadan, istədiyini irəli keçirən, tezləşdirən

 

Əgər Allah insanları hər etdikləri zülmə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını (sağ) qoymazdı. Lakin (Allah) onlara müəyyən vaxta qədər möhlət verir. Onların əcəlinin çatdığı an bircə saat belə nə yubanar, nə də tezləşə bilər. (Nəhl surəsi, 61)

Allah dilədiyi hadisəni təxirə salıb yubadan, dilədiyini də önə alıb irəli keçirəndir. Hər şeyin tək Yaradıcısı olduğu üçün kainat üzərindəki hər cür canlı və cansız varlıq üzərində dilədiyini etməyə qadirdir. Dünya üzərində reallaşan hər hadisənin zamanı Allah qatında əvvəldən təsbit edilmişdir. Bütün varlıqların gerçək sahibi olan Allah bu varlıqların həyatlarındakı bütün hadisələri öz zamanı ilə təyin edib. Günü, saatı, hətta saniyəsi gəldiyi an reallaşmalı olan hadisə mütləq reallaşır. Bu reallaşan hadisə, ancaq Allahın diləməsiylə olur. Ondan başqa heç kim hər hansı bir hadisəni tezləşdirə və ya təxirə sala bilməz. Necə ki, bu gerçəyə Quranda belə diqqət çəkilir:

Hər ümmətin bir əcəli vardır. Onların əcəli gəldiyi zaman bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlər. (Əraf surəsi, 34)

Hadisələrin təyin edilən vaxtlarını Allahdan başqa heç kim bilmir. Allahın təqdir etdiyi an gəlmədən bir yarpaq belə düşə bilməz. Var olan hər şey doğduğu andan ölənə qədər bu ilahi qanuna tabedir. Heç kimin Allahın özü üçün təyin etdiyi vaxtın xaricinə çıxamağa, heç bir hadisəni təxirə salmağa, ya da önə çəkməyə gücü çatmaz. Ancaq Allah təqdir etsə dilədiyini təxirə salar, dilədiyini də qabağa keçirər. Allah ayələrində bunu belə bildirir:

Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma. (Allah) sadəcə onları (cəzalandırmağı) gözlərin bərələ qalacağı günə saxlayır. (İbrahim surəsi, 42)

Heç bir ümmət öz əcəlini nə qabaqlaya bilər, nə də yubada bilər. (Hicr surəsi, 5)

Bu vəziyyətdə Allaha iman edən bir qulun vəzifəsi Allahın nəyi irəli çəkdiyini, nəyi təxirə saldığını araşdırmadan Ona yaxınlaşmağa çalışmaq, Allahın özünə verdiklərindən tam razı olmaqdır. Çünki ayələrdə də bildirildiyi kimi insan 'tələsəndir' (İsra surəsi, 11). Bəzən bir hadisənin dərhal reallaşmasını istəyir, bəzən də bir hadisənin dərhal bitməsini istəyir. Amma insan üçün ən xeyirli olanı bilən, təsbit edən Allahdır. İnsanın xeyirli gördüyü bir şey özü üçün şər ola bilər. Buna görə də mömin üçün əhəmiyyətli olan Allahın təqdir etdiyi hadisələrdən tamamilə razı olmaqdır.

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz