Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
MƏTİN
Çox qüdrətli olan

 

Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir. (Zariyət surəsi, 58)

İnkarçıların ən çox yanıldıqları mövzu Allahın varlığı deyil, Allahın sifətləridir. Bəziləri Allahın hər şeyi əvvəldən yaradıb buraxdığını, daha sonra hadisələrin özbaşına inkişaf etdiyini, bəziləri Allahın insanı yaratdığını, lakin heç nədən məsul olmadığını düşünür.

Nəticədə, imansızlığın təməlində Allahın varlığını rədd etməklə yanaşı, "Onlar, Allahın qədrini haqqıyla təqdir edə bilmədilər..." (Həcc surəsi, 74) ayəsində də ifadə edildiyi kimi Allahı lazım olduğu qədər təqdir edə bilməmək dayanır. Belə ki, dünya həyatında hər cür dəlili görmələrinə baxmayaraq, Allahın qüdrətini təqdir edə bilməyən insanların Allahın gücünü əsla inkar edə bilməyəcəkləri elə bir gün gələcəkdir ki, o gün Allahın əzəmətini, qüdrətini çox böyük şiddətlə hiss edəcəklər. Allahın qüvvətiylə yer üzündəki ən möhkəm dayaqları olan o heybətli, sarsılmaz dağlar yerlərindən tərpədilər, köklərindən sovrular, parça-parça edilər:

Sur bircə dəfə üfürüləcəyi, yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman –həmin gün Vaqiə qopacaq. Göy yarılacaq və həmin gün o, süst olacaqdır. (Haqqə surəsi, 13-16)

O gün meydana gələcək dağılma Allahın şanına, qüdrətinə yaraşan şəkildədir. Dünyadakı ən böyük kütlə və ən böyük həyat qaynağı olan okeanlar su kimi qaynayar, alovlanar.

İnsanın bildiyi, alışdığı və sonsuza qədər qalacağını zənn etdiyi bütün varlıqlar və nizamlar kökündən pozulmağa başlayar, darmadağın olar. Milyonlarla ildir varlığını davam etdirən yer və göy onları inşa edən sonsuz güc tərəfindən parça-parça edilər. Yenə milyonlarla ildir işıq saçan, həyat qaynağı olan Günəş söndürülərək gerçək sahibinin qarşısına gətirilər. Beləliklə, hər şeyin üzərində tək və gerçək qüvvət sahibinin Allah olduğu, yeganə hakimiyyətin və gücün də Rəbbimizə aid olduğu bütün aydınlığı ilə ortaya çıxar. Bir ayədə bu gerçək belə təsvir edilir:

Onlar, Allahın qədrini haqqıyla təqdir edə bilmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göylər isə Onun Əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və onların qoşduqları şəriklərdən ucadır. (Zumər surəsi, 67)

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz