Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
Allaha təvəkkül.

 

Mömin qarşılaşdığı hər hadisəni Allah'ın xüsusi olaraq imtahan məqsədilə yaratdığını bilməli, Allah'a təvəkkül etməli və Onun rizasına ən uyğun şəkildə davranmalıdır.

Sonsuz hikmətlə yaradan Allah Günəş sistemindən tutmuş bütün kainata qədər hər şeyi insana xidmət edəcək şəkildə yaratmışdır. Ortada bu qədər açıq həqiqət varkən insan həyatının bir məqsədi olmadığını düşünmək böyük bir cəhalətdir. Əlbəttə, insanın bir yaradılış məqsədi var və bu məqsədi Allah belə açıqlayır:

“Mən insanları yalnız Mənə ibadət etmək üçün yaratdım.” (Zariyat surəsi, 56)

İnsanların çox az bir qismi bu yaradılış məqsədini qavrayır və buna uyğun şəkildə yaşayır. Allah dünyadakı həyatımızı bu məqsədə uyğun şəkildə yaşayıb-yaşamayacağımızı sınamaq üçün yaratmışdır. Allah'a könüldən qulluq edənlərlə Ona üsyan edənlər bu sınaq nəticəsində ortaya çıxacaqlar. İnsana verilən bütün imkanlar (bədəni, duyğu orqanları, malları) bu imtahan üçündür. Bir ayədə Allah belə buyurur:

Həqiqətən, Biz insanı qarışıq bir nütfədən yaratdıq. Biz onu imtahana çəkəcəyik. Biz onu eşidən, görən yaratdıq. (İnsan surəsi, 2)

İnsanın dünyadakı vəzifəsi Allah'a və axirətə iman gətirmək, Allah'ın Quran'da bildirdiyi şəkildə gözəl əxlaq sahibi olmaq, Allah'ın qoyduğu həddlərini qorumaq və Onun razılığını qazanmağa çalışmaqdır. Allah'ın əmrlərini kimlərin yerinə yetirəcəyini ancaq yaşadığımız bu dünya həyatındakı imtahan nəticəsində görə biləcəyik. Allah insanlardan həqiqi və səmimi iman istədiyi üçün insan ancaq “iman gətirdim” deməklə dərin bir imana sahib ola bilməz. İnsan Allah'a və Onun dininə həqiqətən iman etdiyini göstərmək üçün şeytanın onu azdırmaq üçün etdiyi bütün cəhdlərinə baxmayaraq doğru yoldan dönməməlidir. İnsan inkar edənlərə uymayacağını, öz nəfsinin həvəslərini Allah'ın rizasından üstün görməyəcəyini də sübut etməlidir. Bunu isə qarşısına çıxan hadisələrə göstərdiyi münasibətlə ortaya qoyacaqdır. Allah dini qəbul edən insanın qarşısına səbr etməli olduğu bəzi çətinliklər çıxaracaq, bunlara qarşı göstərdiyi münasibətlə onu imtahan edəcəkdir. Bu həqiqət Quranın bir ayəsində bu şəkildə izah edilir.

İnsanlar yalnız: “İman gətirdik!” – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? (Ənkəbut surəsi, 2)

Allah Quran'ın başqa bir ayəsində iman etdiyini söyləyənləri sınayacağını belə bildirir:

Yoxsa Allah içərinizdən cihad edənləri və səbr edənləri bilib ayırd etməmişdən qabaq Cənnətə girəcəyinizimi güman edirsiniz? (Ali-İmran surəsi, 142)

Allah'ın Quran'da bildirməsinə baxmayaraq iman gətirən bir insanın qarşılaşdığı çətinliklərə təəccüb etməsi, əlbəttə, doğru olmaz. Bu çətinliklər günlük həyatın sanki adi görünən problemləri də ola bilər, ilk baxışda böyük fəlakət kimi görünən hadisələr də. Mömin bütün bunların hamısına imtahan gözü ilə baxmalı, Allah'a təvəkkül etməli və Onun rizasına uyğun şəkildə davranmalıdır. Bir ayədə möminlərin qarşılaşacaqları çətinliklərdən belə bəhs edilir:

Əlbəttə, biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik. Səbr edənlərə müjdə ver. (Bəqərə surəsi, 155)

Sadəcə çətinliklər deyil, dünya həyatındakı nemətlər də Allah'ın bir imtahanıdır. Allah verdiyi hər nemətlə bərabər insanın Ona şükr edən olub-olmadığını sınayır. İnsan həm çətinlik anlarında, həm də nemətlər içində, rahatlıq anlarında daima aləmlərin Rəbbi olan uca Allah'a şükr edib Onun əmrlərini yerinə yetirməlidir.

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz