Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
Allah sevgisi -1-

 

İnsan hətta kiçik yaxşılıq edən bir adama da gözəl rəftarına görə razılıq etmək göstərmək istəyir. Məsələn, onu qonaq edən, hörmət edən birinə qarşı məmnunluq hissi duyar, xüsusilə də ev sahibi incə düşüncəli biridirsə və adamın hər ehtiyacını o deməmiş əskiksiz şəkildə ödəyirsə... Bunun kimi, ciddi narahatlıqları olan bir insan da həkimin müalicəsi ilə sağalırsa, ona necə təşəkkür edəcəyini bilmir. Yolun bir tərəfindən digərinə keçən bir şəxs onu avtomobilin vurmasından xilas edən adama həyatını borclu olduğunu söyləyər, o adamı mükafatlandırmaq, ona olan minnətdarlığını bildirmək üçün əlindən gələni edər.

Xəstə və möhtac olan insan onun ehtiyaclarını ödəyən adama duyduğu minnətdarlığa görə çox yaxşı davranar, hörmət və sevgi göstərər, etdiyi hər yaxşılıq üçün daim təşəkkür edər. O adamı heç vaxt incitmək istəməz. Hər insan özünə sürprizlər edən, gözəlliklər təqdim edən, yaxşılıq edənləri çox sevər, onlara qarşı hörmətdə və qayğı göstərməkdə qüsur etməməyə cəhd göstərər.

Ancaq bəzi insanların unutduğu çox əhəmiyyətli bir həqiqət var: Bir insanı sevindirən, onu qonaq edən, ona gözəl ruzilər, nemətlər təqdim edən, xoşuna gələn bir mənzərəni yaradan, hər səhər oyandığında ona yeni həyat bəxş edən, onu təhlükələrdən qoruyan, xəstələndiyində ona şəfa verən, dərmanları vəsilə edərək ağrısını yox edən, canlı və cansız bütün varlıqların sahibi olan Allahdır. Bu səbəbdən, insan sahib olduğu nemətlərə və qarşılaşdığı gözəlliklərə görə sevgisini, hörmətini, minnətdarlıq duyğusunu, vəfasını və təşəkkürünü Allaha yönəltməlidir. Bir insana köməyi üçün təşəkkür edərkən, o adama bu köməyi ilham edərək rəhmətini bəxş edənin Rəbbimiz olduğu qətiyyən unudulmamalıdır. Allah bir ayədə bu şəkildə bildirmişdir:

“Həqiqətən göylərin və yerin hökmü Allaha məxsusdur. Dirildən də, öldürən də Odur. Sizin Allahdan başqa havadarınız və köməyə çatanınız yoxdur. (Tovbə surəsi, 116)

Quranda Hz. İbrahimin Allaha olan duasında Rəbbimizin insanlara bu rəhmətini belə dilə gətirdiyi bildirilir:

"Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən və içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O, şəfa verər. Məni öldürəcək, sonra dirildəcək Odur. Və qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur!" (Şuəra surəsi, 78-82)

İnsana sahib olduğu bütün gözəllikləri bağışlayan Allahdır

Allah hər insana heç ikən can vermiş və dünyanı onun üçün ən gözəl və ən uyğun şəkildə yaratmışdır. Məsələn, dünyanın hər yerində insanlar rahat nəfəs ala bilirlər. Allah rəhməti ilə atmosferdəki qazların nisbətini insanlar üçün ən uyğun şəkildə təsbit etmiş və yaratmışdır. Bir çox insan havasız otaqda nə qədər çətin nəfəs adığının şahidi ola bilər. Havasızlıq artdıqca insanın çətinliyi də artır. Biz çətinliklə nəfəs aldığımız dünyada da yaşaya bilərdik. Ancaq tənəffüs etdiyimiz hava Allahın rəhməti və diləməsi ilə heç vaxt bizə çətinlik verməz, əksinə bizi rahatlaşdırar, xoşumuza gələr.

Allah dünyanın hər yerində çeşid-çeşid tərəvəzlər, meyvələr, taxıllar və bitkilər yaratmışdır. Əgər Allah diləsəydi, dünyada bir növ yemək olar və bu yeməyin dadı da bizə zövq verməzdi. Biz yalnız yaşamaq üçün bu yeməyi yemək məcburiyyətində qala bilərdik. Bu yeməkdən başqa bir şey becərmək imkanımız olmszdı. Ancaq Allah sonsuz mərhəməti və şəfqəti ilə insanlar üçün növbənöv tərəvəz və meyvə yaratmışdır. Həm də bunların hər birinin dadı bir-birindən fərqli və gözəldir. İnsan yaşamaq üçün yemək yemək məcburiyyətindədir, amma Allahın rəhməti sayəsində bunların ləzzətindən böyük zövq alır.

“ Yük daşıyan və yunlarından döşək düzəldilən heyvanları da yaradan Odur. Allahın sizə verdiyi ruzilərdən yeyin və şeytana uymayın. Şübhəsiz ki, o, sizin açıq-aşkar düşməninizdir”. (Ənam surəsi, 142)

Allahın yaratdığı heyvanlarda da insanlar üçün müxtəlif gözəlliklər var. Məsələn, at, dəvə, it kimi itaətli heyvanlar insanlara kömək edərkən, quş, pişik kimi ev heyvanları da onları sevdirən xoş xüsusiyyətlərə sahibdirlər. Allah kiçik bir tutuquşuda da insanın xoşuna gələn bir çox xüsusiyyət yaradır.

Boynundakı kiçik bir dəlikdən sanki insan səsi çıxardaraq danışa bilən, mavi, sarı, yaşıl rəngin fərqli tonları ilə çox estetik bir görünüşə sahib olan və sevilməkdən xoşlanan bu kiçik canlılar Allahın insanlar üçün yaratdığı sevinc qaynağıdır.

Nəfəs aldığımız havadan yağan yağışa, torpaqda yetişən məhsullardan yeraltı qaynaqlara, xoşumuza gələn heyvanlardan əsas həyat qaynağı olan suya qədər təbiətdəki hər şey kiçik səy göstərilməsinə ehtiyac duyulmadan bizə çatır. İnsanın yaşaması üçün kainatda son dərəcə detallı əməliyyatlar reallaşır.

İnsandan başqa heş bir canlı sahib olduğu xüsusiyyətlərin fərqinə vara bilməz. Bir dovşan nə qədər sevimli olduğunun fərqində olmadan yaşayar. Kəpənək qanadlarındakı simmetriyanın, naxışların və uyğunluğun şüurunda deyil. Sahib olduğu rənglər, naxışlar və simmetriya bir tovuz quşunu olduqca dəbdəbəli edir. Amma o, nə üçün var olduğunu bilməyən və gözəllikləri təqdir edə bilmə qabiliyyəti olmayan bir canlıdır.

Quyruğundakı rənglər və naxışlarla dünyanın ən gözəl görünüşlərindən birini göstərən bu varlıq insanların Allaha şükr etmələri və Allahın yaradış gücünü görə bilmələri üçün yaradılmış nemətlərdən yalnız biridir.

Allah bütün canlılardakı gözəl görünüşləri insanlara bir nemət olaraq təqdim edir. Bu səbəblə, insanın canlılardakı estetikanı, simmetriyanı və rəngləri görüb Allahın gücünü olduğu kimi təqdir etməli və bütün bu gözəlliklərin Yaradıcısı olan Rəbbimizə ən gözəl şəkildə şükr etməlidir.

“Üstünüzdə yeddi möhkəm göy qurduq. Sizin üçün çox parlaq bir çıraq (günəş) yaratdıq. Buludlardan şırıl-şırıl tökülən yağmur endirdik ki, onunla dən və bitki yetişdirək, eləcə də sarmaşan bağlar”. (Nəbə surəsi, 12-16)

Allahın yer üzündə yaratdığı gözəlliklər saymaqla bitməz. Məsələn, bir gülün görünüşündə qüsursuz gözəllik vardır. Yarpaqları son dərəcə simmetrik bir şəkildə düzülüb. Yarpaqların üstü isə çox keyfiyyətli parça kimi yumşaqdır. Təbiətin ən gözəl və ən canlı rənglərindən meydana gəlmişdir. Palçıqlı və qapqara bir torpaqda yetişdiyi halda rənglərində bir bulanıqlığa, ya da çirkə rast gəlinməz. Qoxusu isə dünyanın ən üstün texnologiyaları istifadə edilsə belə təqlid edilə bilməyən xüsusiyyətlərə malikdir.

Keyfiyyətli bir ətirin qoxusu belə zamanla ağırlaşarkən, gül daim təzə qalan, insana zövq verən möhtəşəm qoxu verir. Ancaq gül də bu xüsusiyyətlərinin heç birinin fərqində deyil. Digər bitkilər və heyvanlar da gülün bu gözəlliyindən zövq alacaq şəkildə yaradılmamışdır. Amma bütün bu xüsusiyyətləri ilə gül insan üçün böyük nemət olaraq yaradılmışdır.

Dünyadakı hər gözəllik həm Rəbbimizin bir neməti, həm də Onun sonsuz gözəlliyinin əksidir. Bu səbəblə, vicdan sahibi olan və düşünən hər insan bütün bu gözəlliklərin əsl sahibi olan Allaha böyük bir coşğu və sevgi ilə bağlanmalıdır. Allah bütün yaratdıqlarında insanlar üçün düşünüb öyüd alınacaq dəlillər olduğunu bildirir:

“Yer üzündə yaratdığı cürbəcür şeyləri də sizin ixtiyarınıza verdi. Öyüd-nəsihət qəbul edənlər üçün, sözsüz ki, bunda da əlamətlər vardır! (Nəhl surəsi, 13)

Bura qədər sayılanlar insanlara verilmiş nemətlərin çox az bir qismidir. Bunların yanında yaşamağımız üçün saysız detallar bir yerdə olmalıdır. Əslində yuxarıda verilən nümunələrdən birini belə düşünmək Allahın insanlara olan mərhəmətini anlamamız üçün kifayətdir. Allahın lütfü ilə ağıla və mühakimə qabiliyyətinə sahib olan insan bu qabiliyyətlərini Allahı tanımaq və dolayısı ilə Onu çox sevmək üçün istifadə etməlidir. Çünki vicdanının səsini dinləyərək ətrafında baş verən mükəmməl nizamı dərk edən insanlar üçün bütün kainat Allaha olan sevgilərini artıran səbəblərlə doludur. Bunları ətraflı şəkildə düşünən bir insan təbii ki, Allahı təqdir edib sevə bilər.

“Saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər vardır. Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz”? (Rəhman surəsi, 12-13)

Belə ki, Allah Quranın bir çox ayəsində insanlara verilən nemətlər üzərində düşünmələrini bildirmiş və bu nemətlərdən bəzilərini insanlara xatırlatmışdır. Bu ayələrdən bəzilərində belə buyrulmuşdur:

"Allah insanı bir damla sudan xəlq etti. Bununla belə, o, birdən-birə açıq-aşkar bir düşmən kəsildi. Davarı da O yaratdı. Bunlarda sizin üçün istilik, cürbəcür mənfəət vardır, həm də onlardan yeyirsiniz. Onları səhər naxıra, axşam axura gətirdikdə baxıb zövq alırsınız. Onlar sizin yüklərinizi özünüzü yormadan çata bilməyəcəyiniz bir ölkəyə daşıyarlar. Həqiqətən, Rəbbin şəfqətlidir, mərhəmətlidir! Sizin minməyinizdən ötrü, həm də zinət üçün atı, qatırı və uzunqulağı, hələ sizin bilmədiyiniz neçə-neçə şeylər də yaradacaqdır. Doğru yolu göstərmək Allaha aiddir. Ondan gəc olan yol da vardır. Əgər istəsəydi, sizin hamınızı doğru yola salardı. Göydən sizin üçün yağmur endirən Odur. Ondan siz də, içində otardığınız ağaclar da içər. Onunla sizin üçün əkin, zeytun, xurma, üzüm və bütün meyvələrdən yetişdirir. Düşünüb-daşınanlar üçün bunda dəlillər vardır! O, gecəni və gündüzü, Günəşi və Ayı sizə ram etdi. Ulduzlar da Onun əmrinə boyun əymişdir. Doğrudan da, bunda ağılla düşünənlər üçün ibrətlər vardır! Yer üzündə yaratdığı cürbəcür şeyləri də sizin ixtiyarınıza verdi. Öyüd-nəsihət qəbul edənlər üçün, sözsüz ki, bunda da əlamətlər vardır! Təzə ət yeməyiniz, taxdığınız bəzək şeylərini çıxartmağınız üçün dənizi də sizə ram edən Odur. Allahın nemətindən ruzi axtarmağınız üçün sən gəmilərin onu yara-yara üzüb getdiyini görürsən. Bəlkə, şüküredəsiniz! Sizi yırğalatmasın deyə, yer üzündə möhkəm dayanan dağlar və gedib çata biləsiniz deyə, çaylar və yollar yaratdı”. (Nəhl surəsi, 4-15)

“Ey insanlar! Allahın sizə olan nemətini yada salın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı?” (Fatir surəsi, 3)

“Sizə gələn hər bir nemət Allahdandır. Sonra sizə bir müsibət üz verdikdə Ona yalvarıb-yaxararsınız!” (Nəhl surəsi, 53)

Yuxarıdakı ayələrdə sayılan nemətlər Rəbbimizin insanlara dünya həyatında verdiklərinin çox az bir qismidir. Allah bu ayələrin davamında "Əgər Allahın nemətini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir" (Nəhl surəsi, 18) şəklində buyurur. İnsanın yalnız burada sayılan nemətlər üzərində düşünməsi belə, Allahın sonsuz lütfkarlığını, şəfqət və mərhəmətini anlaması üçün kifayətdir. Bizə can verən, yaşamamızı təmin edən, bizi sevindirən, xoşumuza gələn hər varlığı və hadisəni yaradan Allahdır. Bu səbəblə, insan hər an Allaha yönəlməli, sahib olduğu hər şey üçün Rəbbimizə şükr etməli, Ona güclü bir sevgi ilə bağlanmalıdır.

“Yer üzündə yaratdığı cürbəcür şeyləri də sizin ixtiyarınıza verdi. Öyüd-nəsihət qəbul edənlər üçün, sözsüz ki, bunda da əlamətlət vardır!” (Nəhl surəsi, 13)

İnsanı yoxdan var edən və ona can verən Allahdır

İnsan necə yoxdan var olduğunu, necə can sahibi olduğunu və ana bətnində olandan bu günə qədər necə qayğı ilə qorunduğunu düşündüyündə, Allahın rəhmətini, sonsuz mərhəmət və şəfqətini görər. Allah Məryəm surəsində insanları yaradılışları üzərində düşünməyə çağırır:

"Məgər insan ilk öncə onu heç bir şey deyilkən yaratdığımızı xatırlamırmı?" (Məryəm surəsi, 67)

Allah, hər insanı ana bətnində qorunmuş şəkildə, şikəst qalmayacağı, ağrı duymayacağı bir yerə, ona heç bir zərər gəlməyəcək şəkildə yerləşdirir. Dünyaya gələn hər bir körpə üçün lazım olan hər şey milyardlarla il əvvəldən hazırlanmışdır. Tənəffüs edəcəyi havadan, lazımlı qidalarını alacağı ana südünə qədər hər şey onun üçün hazır olur.

Hər insanın bədəni ölənə qədər Allahın yaratdığı qüsursuz sistem sayəsində qorunur. Məsələn, ürək adamın həyatı boyu dayanmadan işləyir, ancaq insan bunu təmin etmək üçün heç bir şey etmək məcburiyyətində deyil. İnsan təkcə ürəyinin hər saniyə döyünməsi üçün ona əmr vermə vəzifəsini boynuna götürsəydi, həyatı çox çətinləşərdi, yata bilməz, yemək yeyə bilməz, bundan başqa heç nə edə bilməzdi. Halbuki Allah həyatının ilk günündən etibarən hər insanın ürəyinə ölənə qədər çalışması əmrini verir. Beləliklə, ürək insanın ömrü boyu bir an belə dayanmadan, Allahın idarəsində işləyir.

İnsanın özünə aid olduğunu iddia etdiyi bədəni üzərində heç bir hakimiyyəti yoxdur. İnsana bütün hüceyrələrinə qədər hakim olan yalnız Uca Rəbbimizdir. Böyük sürətlə axan qanı, ürəyin təzyiqlə vurduğu qan miqdarını, qanın laxtalanma müddətini, tənəffüs, həzm, müdafiə, sinir sistemini və burada saymadığımız bir çox sistemi insan özbaşına idarə edə bilməz.

İnsan Allaha möhtacdır. Allah bu həqiqəti bir ayəsində belə bildirir:

"Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə möhtac deyildir. O, şükrə layiqdir! (Fatir surəsi, 15)

Səhər oyandığınızda bədəninizdə həyatınız üçün lazım olan hər detalın qüsursuz şəkildə çalışdığına şahid olursunuz. Rahat nəfəs ala bilir, gözlərinizi açdığınızda heç bir səy göstərmədən və vaxt keçməsini gözləmədən rəngarəng bir dünya görürsünüz.

Səsləri eyni dəqiqlikdə eşidir, rahat şəkildə qoxu duyur, yemək yeyə bilərsiniz. Yediyiniz yeməklərdəki vitaminlərin bədəninizdə hara gedəcəkləri, saysız mikrob və virusla bədənin necə mübarizə apardığını, bir əşyanı görmək üçün beyninizdə görünüşün necə meydana gəldiyini düşünmək məcburiyyətində qalmırsınız.

Çətinlik çəkmədən bir gün, bir il, hətta illərlə əvvəl nə etdiyinizi xatırlaya bilər, bütün bunları yaddaşınızda saxlaya bilərsiniz. Ən əhəmiyyətlisi isə bu qədər həssas tarazlıqlar üzərində işləyən bir bədənə sahib olmağınıza baxmayaraq, sağlam və gümrah olursunuz. Çünki insan hər an Allahın idarəsində olan bir sistemdən asılıdır. Məhz buna görə insan Rəbbimizin ona bağışladığı bu sistemlər və verdiyi nemətlər haqqında düşünməlidir. Allah Quranda insanın bu üstün yaradılışını bizə belə xatırladır:

“Ey insan! Səni kərim olan Rəbbinə qarşı aldadan nədir? O Rəbbin ki, səni yaratdı, düzəldib qaydaya saldı. Sənə özü istədiyi surətdə biçim verdi”. (İnfitar surəsi, 6-8)

“O, yaradan, yoxdan var edən, surət verən Allahdır. Ən gözəl adlar oncaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir”. (Həşr surəsi, 24)

Göründüyü kimi, insan yalnız öz bədəninə baxaraq Allaha dərin və güclü bir sevgi ilə bağlanmaq üçün çox sayda dəlil tapa bilər. Bundan əlavə, yalnız insan bədənində deyil, kainatdakı hər şeydə insanlara təqdim edilmiş bənzərsiz nemətlər var. Bütün bunlar tək və əsl dostumuz olan Allahın bizim üçün yaratdığı və mühafizə etdiyi fövqəladə nemətlərdir.

Bunları düşünən insan onu yaradan, həyat verən və yaşadan Allaha hər an möhtac olduğunu, Allah diləmədikcə nəfəs ala bilməyəcəyini görər, Allahın ən yaxın dost və vəli olduğunu anlayar. Allah bu həqiqəti Ənkəbut surəsində belə bildirir:

“Siz nə yerdə, nə də göydə (Allahı) aciz buraxa bilməzsiniz! Allahdan başqa sizin nə bir haminiz, nə də bir mədədkarınız var!” (Ənkəbut surəsi, 22)

“Allah onlardan, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər”. (Mücadələ surəsi, 22)

Allahın yaratdığı hər şey ən gözəl və ən xeyirlidir

Sonsuz ədalət və mərhəmət sahibi olan Rəbbimizin yaratdığı hər hadisə, verdiyi hər hökm insanlar üçün ən xeyirli və ən gözəl olandır. Mənfi kimi görünən hadisələrdə belə Allahın yaratdığı bir çox xeyir, gözəllik və hikmət var. Allah bu həqiqəti bir ayəsində belə bildirir:

"Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. Allah bilir, siz bilməzsiniz". (Bəqərə surəsi, 216)

"Biz ona haqq yolu göstərdik. İstər minnətdar olsun, istər nankor”. (İnsan surəsi, 3)

Bunu bilərək yaşayan möminlər qarşılaşdıqları hər hadisədən, eşitdikləri hər şeydən razı olarlar, hər an Allaha yönələrək, yaratdığı nemətlər üçün Ona şükr edərlər, Allahın onlar üçün ən xeyirlisini və ən gözəlini yaratdığını bilərək Allahı sevgi və təriflə zikr edərlər.

Allah İnsanlara çətinlik yükləməz, onlardan asan olanı istəyər

Sonsuz mərhəmət və şəfqət sahibi olan Rəbbimiz kitabları və elçiləri vasitəsilə insanları ən gözəl və ən asan olana çağırmışdır. Allahın bizi çağırdığı din əxlaqı çox asandır, ibadətlər hər insanın gücü çatdığı şəkildədir. Allah güc çatdıra bilməyənlər üçün də bir çox asanlıq bildirmiş, onlara Rəbbimizin razılığını qazana biləcəkləri yolları göstərmişdir. Allah dininin asan olduğunu ayələrində belə bildirir:

"Biz sənə ən asan olanı müyəssər etdik". (Əla surəsi, 8)

"O, sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı – atanız İbrahimin dinində olduğu kimi" (Həcc surəsi, 78)

"Biz Quranı sənə məşəqqət çəkməyin üçün nazil etmədik! Qorxan bir kimsəyə yalnız öyüd-nəsihət olaraq". (Taha surəsi, 2-3)

Allah bir başqa ayəsində insana güc çatdıracağından çoxunu yükləməyəcəyini belə bildirir:

“Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər. Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir. “Ey Rəbbimiz, unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əav edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən. Kafirlərə qələbə çalmaqda bizə kömək et!” (Bəqərə surəsi, 286)

Allahın insanlar üçün yaratdığı asanlıqlar Onun mərhəmətinin, bağışlamasının, şəfqətinin bir təcəllisidir. Allah qullarını asan olan dindən məsul etmişdir və dünyadakı bu asan imtahanın sonunda insanı bənzərsiz gözəllikdə, insanın xəyal belə edə bilməyəcəyi mükəmməllikdə nemətlərlə dolu, sonsuz cənnət həyatı ilə müjdələmişir:

“Rəbbi onları Özündən bir mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan cənnətlər müjdələr. Onlar orada əbədi qalacaqlar. Böyük mükafat, həqiqətən, Allah yanındadır! (Tovbə surəsi, 21-22)

Allah heç nəyə ehtiyacı olmayandır, hər cür əskiklikdən münəzzəhdir. İnsanların isə Allaha ibadət etməyə və gözəl əxlaq göstərməyə ehtiyacları vardır. Dünyanın ən pis, ən imansız insanı da Allaha zərər verə bilməz. Allah canlı və cansız bütün varlıqların tək hakimi və tək sahibidir. Buna baxmayaraq, Allah insanlara gözəl rəftar göstərdiklərində onları mükafatlandıracağını bildirmişdir. Bu, Allahın üstün bağışlamasının və rəhmətinin dəlillərindən biridir.

Allahın insanları qaranlıqlardan nura çıxaran haqq kitablar endirməsi və onları doğru yola çağıran elçilər göndərməsi də Rəbbimizin rəhmətinin təcəllilərindəndir. Allah haqq kitabı olan Quranı insanlara doğrunu və səhvi bildirən bir nur etmiş, onunla hər şeyi açıqlamışdır. Rəbbimiz insanları məsul etdiyi hər cür ibadəti, inancı və davranış formasını açıq-aşkar ayələri ilə bizə bildirmişdir:

“Həqiqətən, Biz onları elmlə müfəssəl izah etdiyimiz, inanan bir qövm üçün hidayət və mərhəmət olan bir Kitab gətirdik”. (Əraf surəsi, 52)

Allah Quranı qorumuş, bir hərfinin belə pozulmasına icazə verməmişdir. Allah bu həqiqəti ayələrində belə bildirir:

“Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq”. (Hicr surəsi, 9)

“Nə öncə, nə də sonra batil ona yol tapa bilməz. O, hikmət sahibi, şükrə layiq olan tərəfindən nazil edilmişdir”. (Fussilət surəsi, 42)

Qiyamətə qədər qorunacaq və etibarlı olan, qüsursuz və əskiksiz bir yol göstəriciyə sahib olmaq insanlar üçün böyük bir nemət və asanlıqdır. Allah Quranın möminlər üçün əhəmiyyətini bir ayəsində belə bildirir:

“Biz Quranı sənə hər şeyi izah etmək üçün, müsəlmanlara da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik. (Nəhl surəsi, 89)

Allah tarix boyu insanlara elçilərini göndərmişdir. Allahın seçdiyi elçilər çox etibarlı, təqva sahibi, ədalətli, gözəl əxlaqlı və çox xeyirli insanlardır. Elçilər yalnız Allahın razılığını axtarmışlar, ölümü də nəzərə alaraq, insanları doğru olan yola çağırmaq üçün həyatları boyu mübarizə aparmışlar. Allahın elçilərinin bir başqa xüsusiyyəti də, çox şəfqətli, möminlərə qarşı çox mərhəmətli, onları qoruyan, incə düşüncəli, fədakar olmalarıdır. Allahın tarix boyu seçdiyi bütün elçilərin bu qədər gözəl xüsusiyyətlərə sahib olmaları Rəbbimizin möminlərə böyük lütfüdür.

Allahın insanlara hər şeyi açıqca bildirməsi, haqq kitablar və etibarlı elçilərlə onları asan yola çağırması Allahın insanlara olan rəhmətinin və qoruyuculuğunun bir təcəllisidir. Allah tarix boyu insanlara asanlıq təmin etmiş, istəklərini onlara ən gözəl vasitə ilə çatdırmış, çağırışına uyanların vəlisi və qoruyucusu olacağını vəd etmiş və bundan sonra onları sonsuz gözəllikdəki cənnəti ilə müjdələmişdir. Rəhman və Rəhim olan Allah dünyada da axirətdə də insanlara rəhmət edən, onları qoruyan, nemətləndirən sonsuz şəfqət sahibi olandır. Düşünən, ağıl və vicdan sahibi olan hər insan ona verilən bu nemətlər üçün Allaha ən gözəl şəkildə şükr edər və Rəbbimizə sevgi və təslimiyyətlə bağlanar.

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz