Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
Allah qatında tək üstünlük ölçüsü təqvadır.

 

Quran əxlaqından uzaq yaşayan cəmiyyətlərdə, insanların çox əhəmiyyət verdikləri və əldə edə bilmək üçün həyatları boyunca böyük səy göstərdikləri bəzi dəyərlər vardır. Bu dəyərləri, insanlar üçün bu qədər əhəmiyyətli və qiymətli hala gətirən isə, cəmiyyətin bu istiqamətdəki dünyagörüşüdür.

Həyatlarını Quranda bildirilən doğru məlumatlar üzərinə qurmayan insanlar, həyatlarını cəmiyyətin təyin etdiyi bu dəyər mühakimələrinə görə istiqamətləndirərlər. Bu dəyər mühakimələri, insanların öz ağılları istiqamətində etdikləri mənfəətlərdən ibarətdir. Bu səbəbdən heç bir etibarlılığı yoxdur.

Allah, insanların öz ölçüləri istiqamətində qoyduqları bu qaydalara uyğun gəlmələrinin səhvini Quranın bir ayəsində bu şəkildə xatırlatmaqdadır:

“Onlar Cahiliyyət dövrünün hökmünümü istəyirlər? Tam qənaət sahibi olan bir camaat üçün Allahdan daha yaxşı hökm verə bilən kimdir?!” (Maidə Surəsi, 50)

İnsanların cahillik inancları istiqamətində ortaya çıxan dəyər mühakimələrindən biri də, aralarındakı üstünlük anlayışıdır. Həyatlarını yalnız dünya həyatının varlığı üzərinə quran insanlar, onlara üstünlük və imtiyaz qazandıracaq olan xüsusiyyətləri, dünyəvi bəzi dəyərlərlə məhdudlaşdırmışlar. Bir kimsənin var-dövlət sahibi, etibarlı olması, müəyyən bir karyera, ya da şöhrət qazanmış olması, fiziki mənada daha cəlbedici olması bu dünyagörüşünü mənimsəmiş olan insanlar üçün böyük əhəmiyyət daşımaqdadır. Bütün bunları bir insanın həyatı boyunca əldə edə biləcəyi ən üstün xüsusiyyətlər olaraq qəbul edirlər. Əgər özləri bu insanlarda olan xüsusiyyətlərə sahib deyillərsə, onlara böyük hörmət edər və onlarla müqayisə etdiklərində özlərini onlara görə daha dəyərsiz hesab edərlər.

Bu dəyər mühakimələri istiqamətində, gündəlik həyatları içərisində qarşılaşdıqları detallara da böyük əhəmiyyət verər və insanları bu ölçülərə görə qiymətləndirərlər. Məsələn, bir kimsənin oturduğu yerin səmti, istifadə etdiyi avtomobilin köhnəliyi, ya da son model olması, atasının nə iş etdiyi, özünün hansı məktəbdə oxuduğu, peşəsi, geyim tərzi, qohumlarının mövqeyi, bəzi insanlar üçün son dərəcə əhəmiyyətlidir. Yoldaş olacaqları, birlikdə vaxt keçirəcəkləri, evlənəcəkləri insanları seçərkən ümumiyyətlə bu xüsusiyyətləri əvvəldən araşdırar və seçimlərini ona görə edərlər.

Dünyanın bir çox ölkəsində, bəziinsanlar üçün bir kimsənin dərisinin rənginin, danışdığı dilin, hansı millətdən olduğunun da böyük əhəmiyyət daşıdığını görərik. Bu üstünlük ölçüləri müxtəlif cəmiyyətlərə görə dəyişiklik göstərməklə birlikdə ümumiyyətlə eyni çərçivə içərisində qalmaqdadır.

Qadınlar haqqında on illərdir davam edən müzakirələrin mənşəyində də yenə bu səhv dünyagörüşləri iştirak etməkdədir. İnsanlar qadını qiymətləndirərkən də yenə cəmiyyətin təyin etdiyi ölçüləri əsas götürməkdə və bunlara görə bir qənaətə çatmaqdadırlar. Bu səbəblə kimiləri qadını ikinci sinif insan olaraq xarakterizə etməkdə və həyatını bu təəssüratı istiqamətində istiqamətləndirməkdədir.

Halbuki Allah Quranda, insanlar üçün ən gözəl və ən doğru hökmün Allahın hökmü olduğunu bildirməkdədir. Qurana baxdığımızda Allahın, insanlar arasındakı tək üstünlük ölçüsünün təqva olduğunu xəbər verdiyini görərik:

“Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olasınız Allahdan ən qorxanınızdır. Həqiqətən, Allah biləndir, xəbərdardır” (Hucurat Surəsi, 13)

“Ey Adəm oğulları! Ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını soyundurub valideyninizi Cənnətdən qovdurduğu kimi, Şeytan sizi də aldadıb yoldan çıxartmasın. Şübhəsiz ki, o və onun camaatı sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Biz şeytanları iman gıtirməyənlərin dostları etdik”. (Əraf Surəsi, 26)

Bir başqa ayədə isə Allah, “... Allah, gördüyünüz hər bir yaxşı işi bilir. Tədarük görün. Ən yaxşı tədarük isə təqvadır. Ey ağıl sahibləri, Məndən qorxun!” (Bəqərə Surəsi, 197) deyə buyuraraq, insanlara əldə edə biləcəkləri ən xeyirli xüsusiyyətin təqva olduğunu bildirmişdir. Bu səbəbdən insanların hədəfləmələri lazım olan, mal-mülk, şan-şöhrət kimi maddi dəyərlər deyil, adamı həm dünyada, həm də Allah Qatında əsl olaraq qiymətli hala gətirəcək və üstünlük qazandıracaq olan 'təqva' olmalıdır.

Allah bir başqa ayəsində də, bəzi insanlar arasında bir üstünlük ünsürü halına gəlmiş olan zənginlik yerinə, Allahın fəzlini istəmənin daha məqbul olduğunu belə bildirməkdədir:

“Allahın birinizi digərinizdən üstün tutduğu şeyi arzulamayın. Kişilərin öz qazandıqlarından öz payı, qadınların da öz qazandıqlarından öz payı vardır. Allahın lütfündən istəyin! Şübhəsiz ki, Allah hər şeyi biləndir”. (Nisa Surəsi, 32)

Allahın bildirdiyi bütün bu ayələrdən aydın olduğu kimi, üstünlüyü qadın, ya da kişi olmaqda, fiziki gücdə, ya da başqa bir cahilik meyarında axtarmaq böyük bir yalnışlıqdır. Tək üstünlük Allahın bizə bildirdiyi kimi imanın və təqvanın üstünlüyüdür.

“Şübhəsiz ki, sədəqə verən kişi və qadınlar, Allah yolunda gözəl borc verənlər üçün qat-qat artırılacaqdır. Onları həm də çox qiymətli bir mükafat gözləyir!” (Hədid surəsi, 18) ayəsi ilə həm kişilərə, həm də qadınlara, əsl üstün və şərəfli olan qarşılığın Allahın bildirdiyi əxlaqı yaşamaqla qazanılacağını xatırladılmaqdadır.

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz