Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
Allah sevgisi və qorxusu birlikdə olmalıdır.

 

Bəzi insanlar, din əxlaqını yaşamaq və Allahın razı olacağı bir insan olmaq üçün yalnız Allah sevgisinin kafi olduğunu zənn edərlər. Ancaq Allah Quranda, razı olduğu təqva sahibi qullarının, Allahı çox sevmələrinin yanında, Özündən güclərinin çatdığı qədər qorxub çəkindiklərini bildirməkdədir. Allahı bütün sifətləriylə tanıyan, Onun böyüklüyünü lazım olduğu kimi təqdir edə bilən, ağıl və vicdan sahibi hər insan, Allahdan gücü çatdığınca qorxub çəkinər. Allah, Özündən qorxub çəkinən qullarına doğru ilə səhvi bir-birindən ayırd edə bilmə qabiliyyəti verər, Allahın sərhədlərinə əskiksiz olaraq uyğun gəlməsi, daim vicdanına görə hərəkət etməsi üçün ona güc qazandırar. Allah, iman edənlər üzərindəki bu nemətini Quranda belə bildirər:

“Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O, sizə haqla-nahaqqı ayırd edən bir nur verər, günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf sahibidir!” (Ənfal Surəsi, 29)

Məsələn, Allahdan qorxub çəkinən bir adam əsla yalan danışmaz. Mənfəətləri zədələnsə belə Allahın razılığını qazana bilməməkdən və Onun özünə verə biləcəyi qarşılıqdan qorxub çəkinər və dürüst davranar. Bir anlıq qəflətən səhv bir şey söyləsə belə, dərhal günahından ötəri Allaha tövbə edər və səhvini düzəldər. Bunun kimi, bir insanın, çox böyük ehtiyac içindəykən belə, haram yollardan pul qazanmağa əsla yanaşmaması da, yenə onun Allah qorxusundandır.

Allah qorxusu olmayan hər insanın özünə görə bir sərhədi vardır, o sərhədə qədər dürüst və doğru olsa belə, bir yerdən sonra nəfsinə görə hərəkət edər. Allahdan qorxub çəkinən bir insan isə, nə qədər çətin vəziyyətdə qalırsa qalsın, heç bir zaman üçün Allahın razı olmayacağı bir yolu seçməz. Bir çətinliklə qarşılaşdığında Allaha güvənər, özünə bir çıxış yolu göstərməsi üçün Rəbbimizə dua edər və təvəkkül edər.

Allah qullarını sevən, onlar üçün gözəllik diləyən, onları bağışlayan, mərhəmət edən, onlara kömək edən və qarşılıqsız olaraq lütf edəndir. Müşriklər və inkar edənlər isə Allahın rəhmətindən uzaq tutulmuşlar. Sonsuz ədalət sahibi olan Rəbbimiz, Özünə səmimi bir ürəklə iman edən saleh qullarını dünyada və axirətdə rəhmətiylə mükafatlandıracaq, inkar edən kəsləri isə cəhənnəm əzabıyla əzablandıracaq.

“Göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan Odur. O, yerə girəni də, çıxanı da, göydən enəni də, qalxanı da bilir. Siz harada olsanız, O, sizinlədir. Allah, sizin nə etdiklərinizi görəndir”. (Hədid Surəsi, 4)

Rəbbimizin sonsuz gücünü və axirətdəki sonsuz əzabını gərəyi kimi təqdir edə bilən bir insan, həyatının hər anında, etdiyi hər işdə Allahdan içi titrəyərək qorxar. Bu qorxusundan ötəri Rəbbimizin razı olmayacağı bir rəftar içərisinə girməkdən qəti şəkildə qaçınar. Ancaq bir tərəfdən də, Allaha səmimi bir sevgi və sədaqətlə bağlanmış olmasından ötəri, Allahın, səhvlərini bağışlayıb tövbələrini qəbul edəcəyini, Allahın razılığını qazanmaq üçün göstərdiyi ciddi səy səbəbiylə özünü cənnətiylə mükafatlandıracağını ümid edər. Quranda iman edənlərin bu əxlaqı belə bildirilməkdədir:

“Rəbbindən görmədən qorxanları isə bağışlanma və böyük mükafat gözləyir”. (Mülk Surəsi, 12)

“Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda ölün”. (Ali-İmran Surəsi, 102)

Allahı həqiqətən sevən hər mömin, Allahın əzabından, Allahın məmnuniyyətini və sevgisini itirməkdən böyük bir qorxu duyar və bu səbəblə həyatı boyunca çox ciddi və səmimi bir səy içərisində olar. Allah Quranda bu əxlaqı yaşayan möminləri belə müjdələməkdədir:

“Mömin olub axirəti istəyən və onun uğrunda çalışanların zəhməti qəbul olunar”. (İsra Surəsi, 19)

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz