Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
MƏLİK
Bütün kainatın sahibi və mütləq hökmdarı

 

De ki: İnsanların Rəbbinə sığınaram. İnsanların malikinə, insanların ilahına; (Nas surəsi, 1-3)

Allahın “Məlik” sifəti Onun var olan hər şeyin sahibi olduğu mənasını verir. Bizim gördüyümüz və görə bilmədiyimiz varlıqların hər birinin yaşadığı aləmlərin Yaradıcısı və tək sahibi Allahdır. Yaşadığımız kainatın əzəli və əbədi hökmdarı da Odur. Bütün ulduzlar, insanlar, heyvanlar və bitkilər, görə bilmədiyimiz aləmlərdə yaşayan cinlər, şeytanlar, mələklər və daha bilmədiyimiz bir çox varlıq Allahın əmrinə tabedir. Aləmlərin mülkünü əlində saxlayan və onlardakı fövqəladə nizamı təmin edən yalnız aləmlərin Rəbbi olan Allahdır.

Sonsuz qüdrət sahibi olan Yaradıcımıza tabe olduğunu bilən insanın özünü başıboş görməsi mümkün deyil. Allah hər şeydən xəbərdar, hər şeyə gücü yetən, hər şeyi görən və eşidəndir. Bunu bilən insan özünün Yaradana qarşı məsul olduğunu da bilməlidir. Möminlər də içində olduqları bu nizamın bir sahibinin olduğunu bilir, təbii olaraq etdikləri hər işdə hər şeyə və hər kəsə hakim olan, hər dilədiyini yerinə yetirən Allaha yönəlirlər. Bu mövzu ilə əlaqədar olaraq Quranda xəbər verilən ayələrdən bir neçəsi belədir:

Haqq Hökmdar olan Allah ucadır! Onun vəhyi sənə tamamlanmayınca Quranı oxumağa tələsmə və: “Ey Rəbbim! Elmimi artır!”– de. (Taha surəsi, 114)

Haqq Hökmdar Allah ucadır! Ondan başqa heç bir ilah yoxdur. O, şanlı Ərşin Rəbbidir. (Muminun surəsi, 116)

O, Özündən başqa heç bir məbud olmayan, Hökmran, Müqəddəs, Pak, təsdiq edən, müşahidə edən, Qüdrətli, Qadir, Məğrur Allahdır. Allah onların Ona şərik qoşduqlarından ucadır. (Həşr surəsi, 23)

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz