Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
MALİK-ÜL MÜLK
Mülkün əbədi sahibi

 

De: “Ey mülkün sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən.
(Ali-İmran surəsi, 26)

Hal-hazırda gördüyünüz hər şeyin bir sahibi var. Oturduğunuz kreslo atomlardan meydana gəlib. Bu atomların hər birinin Yaradıcısı Allahdır. Saxsıda açan çiçək Rəbbimizin ona təmin etdiyi imkanlarla (günəş, su və s.) böyüyür. Pəncərədən görünən dəniz və içindəki bütün canlılar Allah dilədiyi üçün ordadırlar.

Hətta öz bədəniniz də sizdən asılı deyil, sizi yaradan Allahın idarəsindədir. Bütün üzvləriniz, damarlarınız, sinir sisteminiz, hüceyrələrinizin hər biri Rəbbimizin elminin və üstün ağlının əsərləridir. Bu sayılanların heç biri sizin sahib olmağı düşünüb hazırladığınız, sonra da var etdiyiniz şeylər deyil.

Siz dünyaya gözünüzü açdığınız zaman həm öz bədəninizdəki qüsursuz sistemlə, həm də yaşadığınız dünya ilə və hətta bütün kainatla qarşılaşdınız. Ancaq bundan əvvəl bunların heç birinə sahib deyildiniz və bundan sonra da öz iradənizlə bunlara sahib olmağınız mümkün deyil. Əlbəttə, bu gerçək bütün insanlara aiddir. Deməli, bütün mülk hər şeyin Yaradıcısı və sahibi olan Allaha məxsusdur.

Bu həqiqətə baxmayaraq, insan bunları görməməzlikdən gəlir və Allahın açıq-aşkar varlığını gözardı edərək əlindəki hər şeyin özünə məxsus olduğunu zənn edir. Bütün acizliyinə baxmayaraq, özünü üstün görən insan təkəbbürlənir və inkar edir. Lakin bu inkar yalnız özünə zərər verir, çünki hz. Musanın söylədiyi kimi: "...Əgər siz və yer üzündə olanların hamısı kafir olsanız, (Allaha heç bir zərər yetirə bilməzsiniz). Çünki Allah, möhtac deyildir, tərifə layiqdir". (İbrahim surəsi, 8)

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz