Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
MALİK-İ YƏVMİD-DİN
Din gününün sahibi

 

Din gününün Malikidir. (Fatihə surəsi, 3)

İnsanların öldükdən sonra diriləcəkləri, bir yerə yığışaraq hesab verəcəkləri gün din günüdür. O gün insanın başqaları ilə, hətta öz anası, atası, yoldaşı və uşaqlarıyla belə maraqlanmağa nə halı, nə fürsəti var. Din gününün şiddəti və fövqəladə qorxusu hər kəsi öz dərdinə salmışdır. Allah o diriliş gününü, digər adıyla din gününü Quranda belə təsvir edir:

Sən haradan biləydin ki, Haqq-hesab günü nədir? Doğrudan da, sən haradan biləydin ki, Haqq-hesab günü nədir? O gün heç kəs, heç kəsə fayda verə bilməz və həmin gün hakimiyyət Allaha məxsus olacaqdır!
(İnfitar surəsi, 17-19)

O gün dünya həyatında insanın ən çox dəyər verdiyi şeylərin Allahın əzabı qarşısında heç bir əhəmiyyəti yoxdur. Artıq insanlar arasındakı dünyəvi yaxınlıqların, qohumluqların heç bir mənası qalmayıb. Tək dəyər insanın imanıdır. Heç kim heç kimə kömək edə bilməz. İçində olduğu bu çətin vəziyyətdən onu, ancaq Allah qurtara bilər. O da yenə Allahın diləməsinə bağlıdır.

İnsan din gününün tək sahibi olan Allahın hüzurunda ilk yaradıldığı kimi təkdir. Dünyadakı həyatı ərzində hər etdiyi, hər düşündüyü din günündə qarşısına çıxmışdır. Ən kiçik bir detal belə unudulmamışdır. Allah əzəmət və şanına yaraşan bir mühit yaratmış və yaratdığı qullarını sorğu-suala tutmuşdur. Ancaq kimi diləsə onu rəhməti ilə qurtarar.

İnkarçıların çox böyük peşmanlıq yaşadıqları bu gün möminlər sevincli və coşğuludurlar.

"... O gün Allah, peyğəmbəri və onunla birlikdə iman edənləri utandırmayacaq..." (Təhrim surəsi, 8)

Çünki Allah Quranda "elçilərinə və iman edənlərə həm dünya həyatında, həm də şahidlərin (şahidlik üçün) gətiriləcəkləri gün kömək edəcəyini" vəd etmişdir.

O günün tək sahibi Allahdır və əmr Onundur. Ayələrdə belə buyrulur:

Bu, təkcə dəhşətli bir səs olacaq və onlar qəfildən görməyə başlayacaqlar. (Günahkarlar) deyəcəklər: “Vay halımıza! Bu ki, Haqq-hesab günüdür!” (Onlara deyiləcək:) “Bu, yalan saydığınız ayırd etmə günüdür!”
(Saffat surəsi, 19-21)

O gün yalan hesab edənlərin vay halına! O kəslərin ki, Haqq-hesab gününü yalan hesab edirlər. (Amma) bunu, həddini aşan günahkardan başqa, heç kəs yalan hesab etməz. (Mutəffifin surəsi, 10-12)

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz