Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
MAKİR
Tələ quran

 

Bir zaman kafirlər səni həbs etmək, öldürmək və ya qovmaq üçün sənə qarşı hiylə qururdular. Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah hiylə işlədənlərin ən yaxşısıdır. (Ənfal surəsi, 30)

Tarix boyu haqq dinə qarşı hiylə quran inkarçılar öz eqoist istəkləri üçün -iqtidar həvəsi, fərdi mənfəətləri kimi- insanları dindən uzaqlaşdırmağa çalışmış və onları axirətdə "... Siz bizə Allahı inkar etməyi və Ona şəriklər qoşmağı əmr edirdiniz…" (Səba surəsi, 33) deyəcəkləri vəziyyətdə qoymuşlar. Ancaq burada diqqət edilməli çox əhəmiyyətli bir nöqtə var, Allah bir ayəsində belə bildirir:

Onlardan əvvəlkilər də hiylə qurdular. Halbuki bütün hiylələr Allaha aiddir… (Rəd surəsi, 42)

Yuxarıdakı ayədə ifadə edildiyi kimi, hiylə Allaha aiddir, buna görə də inkarçıların qurduqları hiyləyə qarşılıq olaraq ən böyük hiyləni quran yenə Allahdır. Allah İbrahim surəsinin 46-cı ayəsində inkarçıların möminlərə qarşı tələ qurmaq istərkən içində olduqları çıxılmaz vəziyyətə belə diqqət çəkmişdir:

(Zalımlar) öz hiylələrini qururdular. Halbuki onların hiyləsi Allaha bəlli idi. Onların hiyləsi ilə dağlar yerindən tərpənən deyildir. (İbrahim surəsi, 46)

Ayələrdən də göründüyü kimi möminlərə qarşı qurulan hiyləli tələlərə qarşılıq olaraq, Allah qatında mütləq rəhmani, yəni möminləri qorumaq üçün nizam var. Bu, Allaha görə çox asandır. Allah elçilərini, möminləri hədəf seçən tələlərin hamısını puç edir və tələlərini inkarçıların öz başlarına keçirir. Çünki "...“Allah daha tez hiylə qurar”..."
(Yunus surəsi, 21)

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz