Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
KAFİ
Varlığı varlıqların bütün ehtiyaclarına kifayət edən

 

Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?! Onlar isə səni Ondan qeyriləri ilə qorxudurlar. Allahın yoldan çıxartdığı kimsəyə heç kəs yol göstərə bilməz. (Zumər surəsi, 36)

Allaha tam yəqinliklə iman etməyən insanların qorxduqları bir çox hadisə və varlıqlar var. Bəziləri insanlardan gələcək zərərlərdən qorxur, bəziləri təbiət hadisələrindən, bəziləri isə mal-dövlətini, sevdiklərini itirməkdən...

Halbuki Allah yəqinliklə iman edən insanlara Quranda belə buyurur:

Əgər yəqinliklə inanırsınızsa, (bilin ki, Allah) göylərin, yerin və onların arasında olanların Rəbbidir. Ondan başqa məbud yoxdur. O həm dirildir, həm də öldürür. O həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbidir. (Duxan surəsi, 7-8)

Ayələrdə də bildirildiyi kimi, göylərdə və yerdə tək ilah Allahdır. Möminlər bilir ki, Ondan başqa heç bir varlıq özlərinə zərər və ya fayda verməyə qadir deyildir. Əgər çətinliklə qarşılaşsalar Allaha yönəlir və Onun özlərinə kömək edəcəyini, dualarına qarşılıq verəcəyini bilirlər. Allahdan başqasından kömək, fayda ummurlar. Çünki yer üzündə tək güc sahibi olan Odur və heç bir varlığın Onun diləməsi xaricində zərər və ya fayda vermə qabiliyyəti yoxdur.

Buna görə də həqiqətən iman edən insan yalnızca Allahdan kömək istəyib, yalnızca Allahdan qorxur. Necə ki, yuxarıdakı ayələrdə xəbər verilən: “Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?” - şəklindəki sualdan sonrakı ayələr belə davam edir:

Allahın doğru yola yönəltdiyi kimsəni də azdıran olmaz. Məgər Allah Qüdrətli, intiqam almağa qadir deyilmi? Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?”– deyə soruşsan, onlar mütləq: “Allah!”– deyəcəklər. De: “Bir deyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan başqa ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi? Ya da O mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlərmi?” De: “Mənə Allah yetər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər!”
(Zumər surəsi, 37-38)

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz