Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
KADİ
Hökmünü yerinə yetirən, işini bitirən

 

Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!”– deyər, o da olar.
(Bəqərə surəsi, 117)

Allah sonsuz qüvvət və qüdrət sahibidir. Ayələrdə də bildirildiyi kimi, bir şeyin olmasını istədiyi zaman ona yalnız 'OL' deyir və dilədiyi şey dərhal reallaşır. Şübhəsiz, bu, Allahın əzəmətinin, kainatdakı hakimiyyətinin açıq-aşkar təcəllisidir.

İnsanlar yer üzündə bəzi səbəb-nəticə əlaqələrindən asılı olaraq yaşayır. Məsələn, yer səthində sabit dayanmaq üçün cazibə qüvvəsinə, gəmilərini suda üzdürmək üçün suyun qaldırma qüvvəsinə və daha saysız-hesabsız səbəbdən, qanundan asılıdırlar. Halbuki, Allah bütün bunlardan münəzzəhdir. Çünki bütün səbəbləri və nəticələri yaradan Odur. Allah hər şeyi müəyyən qanunlar, səbəb-nəticə əlaqələri çərçivəsində yaradır və bu şəkildə insanları sınayır. Kimin həqiqətən qulluq edəcəyini, kimin də başqa ilahlar qəbul edərək inkar edəcəyini təyin edir. Heç şübhəsiz, Allah üçün səbəbsiz yaratmaq çox asandır. Necə ki, Quranda Allahın insanlara göstərdiyi möcüzələrdən bəhs edilir. Məsələn, hz. İsanın atasız doğumu bunlara bir nümunədir:

(Məryəm) dedi: “Ey Rəbbim! Mənə bir insan toxunmadığı bir halda necə övladım ola bilər?” (Allah) dedi: “Allah beləcə istədiyini yaradır. O, bir işin olmasını istədikdə ona ancaq “Ol!”– deyir, o da olur”.
(Ali-İmran surəsi, 47)

Ayədən də göründüyü kimi, Allah 'Ol' dedikdən sonra baş verməyəcək heç bir hadisə yoxdur. Allahın sonsuz qüdrət sahibi, bütün kainatın maliki, bütün insanların hakimi olduğu ayələrdə belə xəbər verilir:

Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəli kimidir.( Allah) onu torpaqdan yaratdı, sonra isə ona “Ol!”– dedi, o da oldu. (Ali-İmran surəsi, 59)

Göyləri və yeri haqq olaraq xəlq edən Odur. O: “Ol!”– dediyi gün (hər şey) olar. Onun Sözü haqdır. Sur üfürüləcəyi gün hökm Ona məxsus olacaqdır. Qeybi və aşkarı Bilən də Odur. O, Müdrikdir, Xəbərdardır. (Ən'am surəsi, 73)

Bir şeyi (yaratmaq) istədikdə ona təkcə: “Ol!” deyər, o da olar. (Yasin surəsi, 82)

Dirildən də, Öldürən də Odur. O, bir şeyin olmasını istədikdə ona ancaq: “Ol”– deyir, o da olur.
(Mömin surəsi, 68)

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz