Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
HAYY
Diri, hər şeyi bilən və hər şeyə gücü çatan

 

O, Hayy (diri) olandır. Ondan başqa ilah yoxdur; elə isə dini yalnız Ona məxsus edərək, dua edin. Aləmlərin Rəbbinə həmd olsun. (Mömin surəsi, 65)

İnsan acizdir və çox az şeyə gücü çatmır. Dünyaya gəldiyi andan etibarən həyatının 5-10 ili yarışüurlu halda keçir. Bu dövr ərzində qulluğa möhtacdır. Bundan sonra yaşadığı həyatın isə böyük bir hissəsi öz bədəninə baxmaqla, təmizlənməklə keçir. Əgər bu sayılanları etmək istəməsə və təxirə salsa qısa müddət ərzində pis vəziyyətə düşür.

Bundan başqa insanın bədənlə əlaqədar ehtiyacı olan böyük bir qüsuru daha var: Yuxu. İnsan ömrünün hardasa üçdə biri yuxuda keçir. Yuxuya ayıracağı zamanlarda başqa nə isə etmək istəsə belə, buna bir-iki gündən çox dözə bilmir. Hətta 24 saat yatmayan insanın şüurunda bulanıqlıq, idrakında yavaşlama görünür. Həmişə təbii olaraq etdiyi işləri görə bilmir, qarşılaşdığı hadisələri sağlam mühakimə edə bilmir, hətta danışmaqda çətinlik çəkməyə, bildiyi şeyləri unutmağa başlayır.

Əlbəttə, insan və insan kimi yaradılmış olan digər bütün canlılar aciz varlıqlardır. Canlı və cansız bütün kainatın Yaradıcısı olan Allah isə Hayydır. Daim diridir, hər an hər şeyə hakimdir, hər şeyi bilir, hər şeyə güc yetirir, Onu yuxu və mürgüləmə tutmur, hər cür acizlikdən də münəzzəhdir. O, yaratdıqlarına müxtəlif acizliklər vermiş və bu əskiklikləri bilib yalnız Özünə qulluq etmələrini, hər şeyi Özündən istəmələrini əmr etmişdir. İnsana düşən də Allah diləmədikcə heç bir şeyə güc çatdıra bilməyəcəyini, tək bir saniyə belə həyatını davam etdirə bilməyəcəyini bilərək Rəbbimizə yönəlib dönməsidir. Allahın Hayy sifətinin xəbər verildiyi ayələrdən bəziləri bunlardır:

Allah... Ondan başqa ilah yoxdur. Diridir, Qəyyumdur. (Ali-İmran surəsi, 2)

Sən, əsla ölməyən və daim diri olan (Allah)a təvəkkül et və Onu həmd ilə təsbeh et. Qullarının günahlarından Onun xəbərdar olması yetər. (Furqan surəsi, 58)

(O gün) üzlər (əbədi) Yaşayan, (yaradılanların) Qəyyumu (olan Allah) qarşısında zəlil bir görkəm alacaq. Günaha batanlar isə ziyana uğrayacaqlar. (Taha surəsi, 111)

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz