Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
HAKİM
Hökm edən, haqqı yerinə yetirən

 

(De:) “Allah bu Kitabı sizə təfərrüatı ilə nazil etdiyi halda, mən Ondan başqasınımı hakim qəbul etməliyəm?” Kitab verdiklərimiz bilirlər ki, o, həqiqətən, sənin Rəbbin tərəfindən nazil edilmişdir. Odur ki, şübhə edənlərdən olma. (Ən'am surəsi, 114)

Allah insanları yaratmış, yaxşılıq edənlərlə pislik edənləri ayırmaq üçün imtahan yeri olan dünyaya yerləşdirmişdir. Bundan başqa, insanlara elçilər göndərmiş və elçilərinə də doğrunu səhvdən ayırmalarını təmin edəcək hökmləri olan kitablar vermişdir. İnsanlıq tarixi boyunca bütün elçilər göndərildikləri qövmləri Allahın əmr etdiyi hökmləri olan bu haqq kitablarla xəbərdar edib qorxutmuşlar, onları doğru yola çağırmışlar.

Ancaq zaman içində elçilərin gətirdiyi kitablar insanlar tərəfindən təhrif edilmiş, Allahın göndərdiyi hökmlər inkarçı sistemlərin öz mənfəətlərini qoruyan səhv hökmlərlə dəyişdirilmişdir. Lakin Allah insanlara yenə özlərini 'doğru yola çatdıracaq bir rəhbər' olaraq Quranı endirmiş və "Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq." (Hicr surəsi, 9) ayəsi ilə içindəki hökmləri qiyamətə qədər qoruyacağını vəd etmişdir.

Əlbəttə, Quran insanın qarşılaşacağı hər hadisədə doğru olanı tapmaq, doğruya çatmaq üçün müraciət edəcəyi yeganə qaynaqdır. Çünki Quran, Allahın hökmlərini ehtiva edən tək haqq kitabdır və Allahın göndərdiyi bu kitaba tabe olanlar, Allahın əmrlərinə itaət edənlər doğru yolu tapanlardır. Dünyada Allahın hökmləriylə hökm edən, Onun əmrlərinə itaət edənlər, əlbəttə, axirətdə də qazanc içində olacaqlar.

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz