Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
FALİQ
Yaran (qaranlığı yarıb səhəri çıxaran, toxumu yaran)

 

Şübhəsiz ki, toxumu da, çəyirdəyi də cücərdib çatladan, ölüdən diri, diridən də ölü çıxardan Allahdır. Budur Allah! Axı siz Ondan nə cür döndərilirsiniz? Səhəri yarıb çıxaran, gecəni bir istirahət vaxtı, günəşi və ayı bir ölçü vasitəsi edən də Odur. Bunlar yenilməz qüvvət sahibi, bilən Allahın təqdiridir. (Ənam surəsi, 95-96)

Yer üzərində müxtəlif bitki növləri yetişir. Bunların hər birinin toxumu bir-birindən fərqlidir. Quru toxumları götürüb otaqda saxlasanız, illərlə eyni şəkildə qaldıqlarını görəcəksiniz. Amma bu toxumlar torpağın altına və ya uyğun bir mühitə düşdükdə birdən yarılaraq cücərməyə başlayırlar. Müəyyən bir müddətdən sonra baxanda görəcəksiniz ki, bu toxumdan nəhəng bir ağac əmələ gəlib.

Şübhəsiz, quru toxumdan fərqli növlərdə bitkilərin yetişməsi, ən əhəmiyyətlisi isə canlı orqanizmin meydana gəlməsi son dərəcə heyrətamizdir. Quru toxumdan ağacın meydana gəlməsi üçün toxumun torpaqdan lazımi vəsaitləri götürərək cücərməsi lazımdır. Toxumun ehtiyacı olan mineralları, su miqdarını özünün təyin etməsi isə mümkün deyil. Üstəlik bunu bacarsa belə bir-birindən çox fərqli meyvələr yetişdirən ağac növlərini və ya yaşıl bitkiləri meydana gətirmək üçün üstün qabiliyyətləri olmalıdır.

Əgər toxumun bu qərarı özünün verdiyini iddia etsək toxumun 'qabiliyyətli' olduğunu qəbul etməli olarıq. Ancaq əlbəttə ki, bəhs edilən qabiliyyətlərin toxumun özünə aid olduğunu iddia etmək mümkün deyil. Yuxarıdakı ayələrdə də bildirildiyi kimi "toxumu və çəyirdəyi yaran" Allahdır. Onun diləməsi ilə yer üzündə minlərlə növ ağac, bitki yetişir. Necə ki, bir başqa ayədə Allahın hər şeyin Yaradıcısı olduğu belə bildirilmişdir:

Göydən su endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, yaşıl fidanlar göyərtdik, onlardan bir-birinə sarmaşmış dənələr çıxartdıq. Biz xurma ağacından, onun tumurcuğundan bir-birinə sarmaşmış salxımlar yetişdirdik. Üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar yetişdirdik. Bar verdiyi vaxt meyvəsinə və onun yetişməsinə baxın. Şübhəsiz ki, bunda iman gətirən bir camaat üçün dəlillər vardır.
(Ənam surəsi, 99)

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz