Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
ƏZM
Çox əzəmətli, böyük olan

 

Göylərdə və yerdə nə varsa Onundur! O, ucadır, uludur! (Şura surəsi, 4)

Şübhəsiz ki, Allahın böyüklüyü və əzəməti insanların qavrayış sərhədlərini aşır. Lakin insan yenə də öz ağlının sərhədləri çərçivəsində Allahın nə qədər güclü və qüdrətli olduğunu görüb anlaya bilər. Çünki bütün kainat Allahın böyüklüyünü göstərən saysız-hesabsız nümunə ilə doludur. İnsan sadəcə yaşadığı dünyanı bir az araşdırsa, hər şeyi yaradan Allahın əzəmətini hiss edəcək.

Ağırlığı tonlarla olan buludları daşıyan səma, minlərlə metr yüksəyə uzanan dağlar, milyonlarla növ canlının yaşadığı dənizlər, çaxan şimşək, onun ardından gələn göy gurultusu və Allaha boyun əymiş milyardlarla canlı... Bunlar və burada saymadığımız saysız detal Allahın böyüklüyünün açıq dəlillərindəndir.

İndi dünyanın bir az xaricinə çıxıb düşünək. Bu nümunə kainatı yaradan, sonsuz əzəmət sahibi olan Rəbbimizi bir az daha dərin qavramağımıza kömək olacaq:

Kainat adı verdiyimiz sərhədsiz məkanın içində yaşayırıq. Bu gün elm adamlarının araşdırmalarına görə kainatda milyardlarla qalaktika mövcuddur. Bəs bu qalaktikaların içində nələr var? Elmin bizə bildirdiyinə görə hər qalaktikanın içində milyardlarla ulduz olduğunu bilirik. Biz də içində milyardlarla ulduz ehtiva edən milyardlarla qalaktikadan birinin içində, Dünya adı verilən və saatda 1670 km sürətlə heç dayanmadan dövr edən planetin üzərində yaşayırıq. Şübhəsiz, bu rəqəmlərlə düşündükdə kainatdakı varlığımızın toz zərrəciyi ilə müqayisə edilməyəcək dərəcədə kiçik olduğu aydın olacaq.

İnsan, səmimi olaraq düşünəndə də milyardlarla qalaktikanı yaradan və hamısını hökmü altında saxlayan Rəbbimizin əzəmətini dərk edə bilər. Rəbbimiz bütün kainatı yaradan, milyardlarla ulduzu, qalaktikaların hamısını idarə edən üstün gücün sahibidir. Allah, Öz üstün sifətlərini bir ayədə belə xəbər verir:

Allah… Ondan başqa heç bir ilah yoxdur. Əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa Onundur. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur! (Bəqərə surəsi, 255)

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz