Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
ƏZİZ
Üstün, qüvvətli, güclü, şərəfli, məğlub edilməsi mümkün olmayan, qalib olan

 

Allahın peyğəmbərlərə verdiyi vədə xilaf çıxacağını sanma! Həqiqətən, Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir! (İbrahim Surəsi, 47)

Allahın 'Əziz' sifəti, Onun məğlub edilməsinin qeyri-mümkün olduğunu, hər zaman qalib olanın Özü olduğunu ifadə edir. Allah kainatda mütləq qüvvət sahibidir və Ondan üstün heç bir güc yoxdur.

Kainatdakı bütün nizamı, insanların sirrini qavramadıqları və ya yeni-yeni kəşf etdikləri bütün qanunları yaradan Allahdır. Bununla yanaşı yer üzündə olan hər canlını yaradan da Odur. Allahın sonsuz gücü və qüdrəti qarşısında yaratdıqlarının acizliyi açıq-aşkardır. Yaratdığı bütün varlıqlar, ancaq Onun əmriylə hərəkət edir, həyatlarını davam etdirir, müəyyən nizam içində yaşayırlar.

Şübhəsiz, bu acizlik yer üzünə hakim olduğunu zənn edən insan üçün də etibarlıdır. İnsan nə qədər güclü, zəngin və etibarlı olsa da Allah qarşısında aciz və gücsüzdür. Nə malı, nə pulu, nə də ona etibar edən insanların sayı, onu Allahın əzabından qoruya bilməz. Ancaq Allaha təslim olan, Onun əmrlərinə tabe olan, razılığını qazanmağa çalışanlar xaric... Allah Quranda həmişə Öz tərəfdarlarına üstünlük verəcəyini vəd etmişdir. Ayələrdə belə buyurulur:

Allah: “And olsun ki, Mən və peyğəmbərlərim qalib gələcəyik!” – deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir! (Mübarizə surəsi, 21)

Daha öncə insanları hidayət etmək üçün Furqanı da O nazil etdi. Allahın ayələrini inkar edənlər şiddətli əzaba düçar olacaqlar. Allah yenilməz qüvvət, intiqam sahibidir! (Ali-İmran surəsi, 4)

Allah Özündən başqa heç bir ilah olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətlə boyun qoyaraq o qüvvət, hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər.
(Ali-İmran surəsi, 18)

Onların sözləri səni kədərləndirməsin. Yenilməz izzət bütövlükdə yalnız Allaha məxsusdur. O, eşidəndir, biləndir! (Yunus surəsi, 65)

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz