Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
ƏHKAM-ÜL HAKİMİN
Hökm verənlərin hakimi

 

Məgər Allah hakimlərin hakimi deyilmi?! (Tin surəsi, 8)

Hər işin hökmünü verən, nəticələndirən Allahdır. Bütün hadisələr Onun əmriylə, diləməsiylə meydana gəlir və inkişaf edir. Allahın verdiyi hökmlərdə mütləq bir çox hikmət gizlidir. Lakin insanların çoxu Allahın hökmlərini öz məhdud ağılları ilə qiymətləndirir və beləliklə də Allahın hökmlərini tam olaraq qavraya bilmirlər. Halbuki, Allah sonsuz ağlın sahibidir. Üstəlik zaman və məkandan da münəzzəhdir; bu anlayışları yaradan, insanların zamana və məkana tabe olaraq yaşamasını uyğun biləndir. İnsan heç vaxt bir gün sonra, hətta bir saat sonra nələr yaşayacağını bilmir. O isə bir işə hökm etdiyi zaman bir gün sonra, illər sonra və hətta qiyamətə qədər o işin nə ilə nəticələnəcəyinə də hakimdir. Buna görə də verdiyi hökm hər zaman ən doğru, ən yaxşı və ən hikmətli olandır.

Lakin iman etməyənlər bu gerçəyi başa düşmürlər. Ətraflarında baş verən hər hadisənin müəyyən səbəblərə bağlı olaraq, təsadüfən meydana gəldiyini zənn edirlər. Allahın hökm etdiyi hadisələrdəki hikmətləri qiymətləndirə bilmirlər. Meydana gələn hər hadisənin Allahın idarəsində olduğunu anlamırlar. Möminlər isə Allahın verdiyi hökmlərin hikmətlərini qavramağa çalışır və Onun daim ən yaxşı və ən xeyirli hökm verən olduğunu bilirlər. Allah Quranda belə buyurur:

Sənə nə vəhy gəlirsə, ona tabe ol. Allah hökm verənə qədər səbr et. O, hökm verənlərin ən yaxşısıdır! (Yunus surəsi, 109) Nuh Rəbbinə müraciət edib dedi: “Ey Rəbbim! Oğlum mənim ailə üzvlərimdəndir. Sənin vədin, sözsüz ki, haqdır. Sən hakimlərin hakimisən!” (Hud surəsi, 45)

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz