Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
ƏFÜVV
Əfvi çox olan

 

Əgər yaxşı bir əməli aşkara çıxarsanız, yaxud onu gizlətsəniz və ya bir pisliyi əfv etsəniz (Allah onları bilər). Həqiqətən, Allah bağışlayandır, qüdrət sahibidir! (Nisa surəsi, 149)

İnsan, yaradılış etibarıyla səhv etməyə meylli varlıqdır. Hər an bir çox mövzuda qüsurlu düşünə bilər, səhv qərar verə bilər, xəta edə bilər. Ancaq insanı yaradan və ondakı bu çatışmamazlıqları bilən Allah, edilən səhvləri də əfv edəndir. Allahın “əfvediciliyi” olmasa heç bir insanın cənnətə girməsi mümkün olmazdı. Bu gerçəyə Quranda açıq-aşkar diqqət çəkilir:

Əgər Allah insanları zülmləri üzündən cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ buraxmazdı. Lakin (Allah) onlara müəyyən müddət möhlət verər. Əcəlləri gəlib çatdıqda isə bircə saat belə nə geri qalar, nə də irəli keçə bilərlər. (Nəhl surəsi, 61)

Lakin unudulmamalıdır ki, Allahın əfvediciliyi səmimi qullarına aiddir. O, Özünə səmimi yönələn insanların günahlarını əfv edər. Əhəmiyyətli olan insanın səmimi olub, qəti şəkildə tövbə etməsidir. Yoxsa tövbə edib təkrar əvvəlki səhvlərinə geri qayıdanların və etdiklərindən həqiqi peşmançılıq hiss etməyənlərin tövbəsini qəbul etməyəcəyini Allah bir ayədə belə bildirir:

Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edir! Həqiqətən, Allah biləndir, hikmət sahibidir!
(Nisa surəsi, 17)

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz