Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
DAİ
Çağıran, dəvət edən

 

Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək bir şeyə dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin. Bilin ki, Allah insanla onun qəlbi arasına girər və siz axırda Onun hüzuruna cəm ediləcəksiniz! (Ənfal surəsi, 24)

İnsan həmişə ən doğru olanı düşündüyünü, həyatı ilə əlaqədar ən məqsədəuyğun qərarları özünün qəbul etdiyini zənn edir. Özünə görə təyin etdiyi bəzi qaydalar var; əgər o qaydalar çərçivəsində bir həyat yaşasa özü üçün 'ən yaxşı olanı' təmin etmiş olacağını düşünür. Halbuki bu, bir çox insanın yaşadığı səhv düşüncə tərzidir.

İnsanı Allah yaradıb və ona şahdamarından daha yaxındır. İnsan bəzən özü ilə əlaqədar olan bir çox mövzunu bilmir, amma insan özüylə əlaqədar olan məlumatlardan xəbərsizkən Allah bunların hamısını bilir. Çünki onun daxilinə, xaricinə, düşüncələrinə, şüur altına tamamilə hakimdir. Hətta insan bir an sonra nəylə qarşılaşacağını bilmir və ya keçmişdə qarşılaşdığı bəzi hadisələri unuda bilər. Amma Allah unutmur və yanılmır. İnsanın keçmişdə yaşadığı və gələcəkdə yaşayacağı hər hadisəyə də hakimdir. Buna görə insan üçün 'ən xeyirli' olanı bilən, ancaq onu yaradan və həyatda yaşadığı hər anın məlumatına sahib olan Allahdır.

Necə ki, Quranda “...Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. Allah bilir, siz bilməzsiniz” (Bəqərə surəsi, 216) ayəsiylə bu həqiqətə açıq-aşkar diqqət çəkilmişdir.

Buna görə insanın vəzifəsi Allahın özünə bildirdiyi, dəvət etdiyi haqq yola, yəni “özünə həyat verəcək şeylərə” təslim olmaqdır. Allah bu doğru yolu Peyğəmbərimizə (s.ə.v.) vəhy etdiyi Quran vasitəsiylə insanlara bildirmişdir. Hamının həyatı boyunca nə etməli olduğu, necə həyat yaşamalı olduğu, necə hərəkət etsə qurtulacağı Allahın ayələriylə bir-bir bildirilmişdir.

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz