Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
BƏRR
Qullarına qarşı yaxşılığı çox olan

 

Biz bundan əvvəl Ona ibadət edirdik. Şübhəsiz ki, O, kərəm sahibidir, rəhm edəndir! (Tur surəsi, 28)


Allah insanı yaratmış və onu yaşaması üçün hər cəhətdən əlverişli olan məkana yerləşdirmişdir. Bu məkanda var olan hər şeyi də insan üçün xüsusi yaratmış və onun xidmətinə vermişdir. Nəhl surəsində Allah insanlara təqdim etdiyi nemətlərin bir qismini belə xəbər verir:

Allah insanı nütfədən xəlq etdi. Bununla belə, o, birdən-birə açıq-aşkar bir düşmən kəsildi. Davarı da O yaratdı. Bunlarda sizin üçün istilik, cürbəcür mənfəət vardır, həm də onlardan yeyirsiniz. Onları səhər naxıra, axşam axura gətirdikdə baxıb zövq alırsınız. Onlar sizin yüklərinizi özünüzü yormadan çata bilməyəcəyiniz bir ölkəyə daşıyarlar. Həqiqətən, Rəbbin şəfqətlidir, mərhəmətlidir! Sizin minməyinizdən ötrü, həm də zinət üçün atı, qatırı və uzunqulağı (O yaratdı). (Allah) hələ sizin bilmədiyiniz neçə-neçə şeylər də yaradacaqdır. Doğru yolu göstərmək Allaha aiddir. Ondan (haqdan) kəc olan yol da vardır. Əgər (Allah) istəsəydi, sizin hamınızı doğru yola salardı. Göydən sizin üçün yağmur endirən Odur. Ondan siz də, içində (heyvanlarınızı) otardığınız ağaclar da içər. (Allah) onunla sizin üçün əkin, zeytun, xurma, üzüm və bütün meyvələrdən yetişdirir. Düşünüb-daşınanlar üçün bunda dəlillər vardır! O, gecəni və gündüzü, Günəşi və Ayı sizə ram etdi. Ulduzlar da Onun əmrinə boyun əymişdir. Doğrudan da, bunda ağılla düşünənlər üçün ibrətlər vardır! (Allah) yer üzündə yaratdığı cürbəcür şeyləridə sizin ixtiyarınıza verdi. Öyüd-nəsihət qəbul edənlər üçün, sözsüz ki, bunda da əlamətlər vardır! Təzə ət yeməyiniz, taxdığınız bəzək şeylərini çıxartmağınız üçün dənizi də sizə ram edən Odur. (Ey insan! Allahın) nemətindən ruzi axtarmağınız üçün sən gəmilərin onu yara-yara üzüb getdiyini görürsən. Bəlkə, şükür edəsiniz! Sizi yırğalamasın deyə, yer üzündə möhkəm dayanan dağlar və gedib çata biləsiniz deyə, çaylar və yollar yaratdı; Əlamətlər də. Yollarını ulduzlar vasitəsilə taparlar. (Nəhl surəsi, 4-16)

Şübhəsiz, yuxarıda sayılan nemətlərdən sadəcə biri belə insanın öz imkanlarıyla əldə etməsi, meydana gətirməsi, sahib olması mümkün olan şeylər deyil. Bunların hamısı Allahın insana lütf etdiyi gözəlliklərdir. Yuxarıda ard-arda sıralanan nemətlər Allahın qullarına qarşı “yaxşılığının çox” olduğunun açıq-aşkar dəlilləridir.

Bəs bu qədər yaxşılıq qarşısında insan nə etməlidir?

Allah yuxarıdakı ayələrin davamında verdiyi nemətlərin qarşılığında qullarının nəsihət alıb düşünməli və Özünə qulluq etməli olduqlarını belə bildirir:

Heç yaradan yaratmayana bənzəyərmi?! Məgər düşünmürsünüz?! Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Nəhl surəsi, 17-18)

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz