Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
BƏDİ
Nümunəsiz olaraq yaradan

 

Göyləri və yeri icad edən Odur. Bir işin yaranmasını istədiyi zaman, ona yalnız: “Ol !” –deyər, o da olar.
( Bəqərə surəsi, 117)


Ən qabiliyyətli, ən ağıllı insanın kəşf edə biləcəyi yenilik, düşünə biləcəyi fərqli fikir, ancaq o günə qədər öyrəndikləri və ətrafında gördükləri ilə məhduddur. İnsan yer üzünə beş hiss ilə gəlmişdir və bu hisslərdən başqa altıncı hissi təxəyyül etməsi belə mümkün deyil. Üstəlik, sahib olduğu hissləri də, ancaq müəyyən çərçivədə istifadə edə bilir. Məsələn, müəyyən rəngləri görür, müəyyən tezliklərdəki səsləri eşidir. Buna görə də yer üzündə olmayan bir şeyi düşünməsi, kəşf etməsi, ağlına gətirməsi əsla mümkün deyil.

Necə ki, bu gün elmi kəşflərin bir qismini araşdırdığımız zaman insanların təbiətdə gördükləri canlıları və bunların arasındakı qüsursuz sistemləri özlərinə nümunə götürdüklərini görürük. Məsələn, delfinlərin burun çıxıntısı müasir böyük gəmilərin hazırlanmasında istifadə edilir. Radarların iş prinsipi yarasaların səs dalğaları yayaraq çalışan qəbul etmə sistemi ilə eynidir. Bunlar kimi daha bir çox nümunə də verilə bilər.

Halbuki, Allahın elmi sonsuzdur. İnsanın ətrafında gördüyü və görə bilmədiyi hər şeyi Allah nümunəsiz yaratmışdır. Kainatın, qalaktikaların, planetlərin, canlıların, hətta sadəcə bir hüceyrənin belə olmadığı zamanda Allahın diləməsi və “OL” deməsiylə atomlardan, molekullardan, hüceyrələrdən, canlılardan, planetlərdən, ulduzlardan, qalaktikalardan ibarət olan qüsursuz bir sistem meydana gəlmişdir. İnsanların minlərlə il sonra kəşf etdikləri mikrodünyadan, ancaq 20-ci əsrdə xəbərdar olunan göy cismlərinə qədər hər şey Allahın hazırladığı sistemlərdir və Onun təyin etdiyi qanunlara tabedir. Allah heç bir nümunə yox ikən kainatı və içindəki hər detalı meydana gətirmişdir. Allahın hər şeyi yaradan olduğu ayələrdə belə xəbər verilir:

De: “Rəbbim ədaləti əmr etdi. Hər səcdədə üzünüzü (Ona) tutun. Dini yalnız Ona məxsus edərək ibadət edin. Sizi (yoxdan) yaratdığı kimi, yenə Onun hüzuruna qayıdacaqsınız!” (Əraf surəsi, 29)

O, göyləri və yeri (yoxdan) var edəndir. Allahın necə övladı ola bilər ki, Onun heç bir yoldaşı yoxdur. Hər şeyi O yaratmışdır. O, hər şeyi biləndir! (Ənam surəsi, 101)

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz