Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
BATİN
Gizli

 

Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir! (Hədid surəsi, 3)


Hal-hazırda olduğunuz otaqda ətrafınıza baxın. Gözlərinizlə görə bildiyiniz hər şeyin “hazırlanmış” olduğunu görərsiniz. Qapı, stolun üzərindəki maqnitofon, divara asılmış şəkil, pəncərə... Bütün bunların kimsə tərəfindən hazırlanıb, oraya yerləşdirildiyindən əminsiniz. İndi də pəncərədən çölə baxın. Gördüyünüz mənzərədə böyük ehtimalla dəniz, ağaclar, Günəş, səma, uçan quşlar, bəlkə ada və ya bunlara bənzər detallar olacaq. Əgər gecədirsə, səmada parıldayan ulduzları və Ayı da seyr edə bilərsiniz. Bəs oturduğunuz otaqdakı əşyaların kimsə tərəfindən hazırlanmış olduğuna əmin olduğunuza görə, çöldə gördüklərinizin də hazırlandığı dəqiq deyilmi?

Əlbəttə, dəqiqdir. Əgər divardakı şəklin təsadüfən meydana gəlib oraya gəldiyini iddia edə bilmirsinizsə, Günəşin, ulduzların və Ayın da təsadüfən meydana gəlib səmadakı yerlərini aldıqlarını əsla iddia edə bilməzsiniz. Yerdə və göydə gördüyünüz hər şeyin hazırlayanı, istehsalçısı, Yaradıcısı var. Belə ki, hər şeyi üstün sənətlə var edən Rəbbimiz yaratdığı şeylərlə Özünü bizə tanıdır.

Pəncərədən çölə baxdığınızda Onu görə bilməzsiniz, çünki Allahın varlığı, gücü və sənəti yaratdığı şeylərlə açıq-aşkar görünməsinə baxmayaraq, Şəxsi gizlidir.

Allahın yuxarıdakı ayədə bildirilən 'Batın' sifətinin mənası budur. Onun varlığı və hakimiyyəti kainatdakı hər nöqtədə açıq-aşkar görülür, ancaq insanlar Onun Şəxsini görə bilməz. Onu (Allahın diləməsi xaricində) heç kim görə bilməz, amma O hər yeri əhatə etmişdir. Aşağıdakı ayədə bildirildiyi kimi:

Gözlər Onu dərk etməz. O, gözləri dərk edər. O, lətifdir, xəbərdardır! (Ənam surəsi, 103)

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz