Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
BASİT
Açan, genişlədən, bollaşdıran

 

Allah yolunda yaxşı borc verən kimdir ki, onun mükafatını qat-qat artırsın?! Allah daraldar, genişlədər. Siz Onun hüzuruna qaytarılacaqsınız. (Bəqərə surəsi, 245)


Allah Özünə iman edən, ürəkdən itaət edənlərə dünyada maddi və mənəvi bolluq, genişlik verir. Onların qarşılarındakı çətinlikləri açır. İman edənlər qarşılaşdıqları hər cür çətinlikdə, darlıqda və xəstəlikdə yalnız Allaha sığınırlar və Onu vəkil edirlər. Bunun qarşılığı olaraq Allah inkar edənlərin işlərini çətinləşdirərkən, möminlərin işlərini asanlaşdırır.

Bu mövzuda Quranda verilmiş bir çox nümunə var. Məsələn, hz. Musa və ona tabe olan İsrailoğulları Fironun zülmünə görə yurdlarından çıxmaq məcburiyyətində qalmışdılar. Ancaq Firon onları təqib etmiş və tutmaq üçün ordusuyla birlikdə onları izləmişdir. Bu qaçış əsnasında Fironun ordusu ilə dəniz arasında qalan İsrailoğulları “həqiqətən tutulduqlarını” zənn etmişdilər. Lakin Allah hz. Musanın duasını qəbul etmiş, möcüzə göstərərək dənizi yarmış və İsrailoğullarını Fironun zülmündən qurtarmışdır. Üstəlik bunun ardından Fironu və ordusunu yox etmiş, onların çıxdıqları yerlərə İsrailoğullarını varis etmişdir.

Allah yolunda hicrət edən şəxs yer üzündə çoxlu sığınacaq və genişlik tapar. Kim evindən çıxıb Allaha və onun Peyğəmbərinə tərəf hicrət etsə, sonra isə ölüm onu haqlasa, həmin şəxsin mükafatını Allah Özü verər! Allah bağışlayandır, rəhm edəndir! (Nisa surəsi, 100) ayəsi də təcəlli etmişdir.

Şübhəsiz, Allahın vədi bütün inanan qulları üçün hər dövrdə etibarlı olub və olacaq. Bir ayədə belə xəbər verilir:

Həqiqətən, Rəbbin istədiyi şəxsin ruzisini artırar da, azaldar da. Doğrudan da, O Öz bəndələrinin halından xəbərdardır, görəndir! (İsra surəsi, 30)

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz