Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
BASİR
Yaxşı görən

 

Məgər onlar başları üstündə qanad çalaraq uçan quşları görmürlərmi? Onları ancaq Rəhman saxlayır. Həqiqətən, O, hər şeyi görəndir! (Mülk surəsi, 19)


İnsanın görüş sahəsi, şübhəsiz, çox məhduddur. Sadəcə gözlə görə biləcəyimiz məsafə ən çoxu bir neçə kilometrdir. Üstəlik bu da ancaq açıq havada, yüksək bir yerdən baxılsa mümkün olur. Ancaq şərtlər nə qədər uyğun olsa da görə bildiyimiz ən uzaq yer dumanlı görüntüdən başqa bir şey deyil.

İnsan bəzi vəziyyətlərdə (xüsusilə də tək qaldığı zaman) özünü heç kimin görmədiyini zənn edir. Gizli iş görərkən, gizlənərkən, ətrafında heç kim olmadıqda özünü heç kimin görmədiyindən əmindir. Bu cür mühitlərdə insanlar istədikləri hər şeyi edə biləcəklərini, heç kimə qarşı məsul olmayacaqlarını, etdikləri səhvlərin əsla qarşılarına çıxmayacağını zənn edirlər.

Halbuki, bu səhvdir. Çünki insanın unutduğu çox əhəmiyyətli bir gerçək var: Allah hər an hər şeyi bütün detallarıyla görəndir.

İnsan gözləriylə, ancaq müəyyən bir sahəni gördüyü halda, Allah o adamın olduğu otağı, onun xaricindəki digər otaqları, o evin hamısını, o evin yerləşdiyi şəhəri, şəhərin içində olduğu ölkəni, onları əhatə edən qitəni, bütün bunların hamısını əhatə edən Dünyanı, bütün planetləri, kosmosu və onun da kənarındakı sərhədləri eyni anda görür. Quranda Allahın hər şeydən xəbərdar olduğu belə bildirilir:

Sən nə iş görsən, Qurandan nə oxusan, nə iş görsəniz, onlara daldığınız zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda olmasın! (Yunus surəsi, 61)

Namaz qılın, zəkat verin! Özünüzdən ötrü etdiyiniz xeyri Allah yanında taparsınız. Həqiqətən, Allah nə etdiklərinizi görəndir! (Bəqərə surəsi, 110)

Onların Allah yanında dərəcələri vardır. Allah onların etdiyi işləri görəndir. (Ali-İmran surəsi, 163)

Ayələrimizi inkar edənlər Bizdən gizli qalmazlar. Cəhənnəm oduna atılan kəs yaxşıdır, yoxsa qiyamət günü arxayın gələn kəs?! İstədiyinizi edin. Şübhəsiz ki, O nə etdiyinizi görəndir. (Fussilət surəsi, 40)

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz