Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
BARİ
Yaradan, qüsursuzca var edən

 

O, yaradan, yoxdan var edən, surət verən Allahdır. Ən gözəl adlar ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Həşr surəsi, 24)


Yaşadığımız kainatda hara baxsaq tarazlıq və ahəngə rast gəlirik. Xüsusilə, elm sahəsində yeni inkişaflarla bu günə qədər bilinməyən bir çox detal ortaya çıxdıqca, bu tarazlıq və ahəng daha da dəqiqləşir. Görünən odur ki, kainat üzərində var olan hər sistem üstün bir ağılın dizaynıdır. Bu üstün ağılın sahibi hər şeyi heyrətamiz nizam içində var etmişdir. Kainatdakı hər cisim, yer üzündə yaşayan milyardlarla canlı müdhiş bir ahəng içində varlıqlarını davam etdirirlər. Təbiətdəki nizam heç bir şəkildə pozulmur və milyonlarla ildir son dərəcə sabit şəkildə davam edir.

Yalnız dünya üzərindəki həyatı araşdırdığımızda belə bir çox heyrətamiz detalla qarşılaşırıq. Ətrafımız fərqində olduğumuz və ya olmadığımız saysız yaradılış dəlili ilə doludur. Məsələn, havadakı qazların qarışığı bütün canlıların həyatlarını davam etdirə bilməsi üçün ən əlverişli şəkildə təşkil olunmuşdur. İnsanlar və heyvanlar yaşamaq üçün oksigen alıb, karbon 4 oksid verirlər. Ancaq bu əməliyyat dayanmadan davam etdiyi üçün havadakı oksigen miqdarı azalıb, karbon 4 oksidin miqdarı artaraq mövcud tarazlığı pozmur. Çünki burada çox incə nizam var: insanların və heyvanların əksinə bitkilər həyatlarını davam etdirərkən karbon 4 oksid alıb, oksigen verirlər. Buna görə də insanların və heyvanların aldığı oksigen bitkilər vasitəsi ilə təkrar qaytarılır və dünyadakı tarazlıq qorunur.

Şübhəsiz, bu nümunə dünya üzərində görə biləcəyimiz yaradılış dəlillərindən sadəcə biridir. Həm mikro, həm də makro aləmi araşdırdıqda bunun kimi saysız nümunə ilə qarşılaşmaq mümkündür. Əgər kainat və kainatla yanaşı dünya üzərindəki canlılar varlığını davam etdirə bilirsə, bu, üstün ağıl sahibi, hər şeyin Yaradıcısı olan Rəbbimizin “hər şeyi bir-birinə uyğun olaraq yaratması” ilə mümkündür. Allah bir ayəsində belə buyurur:

O vaxtı da xatırlayın ki, Musa öz qövmünə: “Ey qövmüm, siz buzova sitayiş etməklə, həqiqətən, özünüzə zülm etdiniz. Buna görə də yaradanınıza tərəf üz tutaraq tövbə edin, nəfsinizi öldürün! Belə etməniz yaradanınızın yanında sizin üçün xeyirlidir!” - demişdi və Allah da tövbənizi qəbul etmişdi. Əlbəttə, O, tövbələri qəbul edəndir, bağışlayandır. (Bəqərə surəsi, 54)

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz