Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
BAQİ
Davam edən, fani olmayan

 

(Yer) üzündə olan hər kəs fanidir. Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir. (Rəhman surəsi, 26-27)


Kainatdakı bütün varlıqlar ölümə məhkumdur. İnsan doğulur, yaşayır və dünyada yaşadığı məhdud ömrün sonunda ölür. Bu son bütün insanlar üçün qaçılmazdır. İnsanlar kimi bitkilər və heyvanlar aləminin də yox olması qaçılmazdır. Onlar da doğulduqdan bir müddət sonra bir-bir ölürlər. Məsələn: ağac yer üzündə yüz illərlə yaşaya bilər. Lakin ən sonda ölümə məhkumdur. Canlı olan hər şey həyatını bitirib torpağın altına girəcək və yox olacaq.

Eyni şəkildə cansız varlıqların da sonu var. Zamanla hamısı məhvə məhkumdurlar. Məsələn, min illərlə bundan əvvəl ehtişam içində yaşamış qövmlərdən bu gün yalnız xarabalıqların geriyə qaldığını görürük.

Neçə-neçə məmləkəti zülm edərkən məhv etdik; onlar alt-üst olmuşdu. Neçə-neçə quyular, neçə-neçə möhtəşəm qəsrlər bomboş qalmışdı. (Həcc surəsi, 45)

İçində yaşayan varlıqların sonu olduğu kimi kainatın da sonu var. Kainatdakı bütün göy cisimləri, günəş, ulduzlar, bir gün enerjilərini bitirib yox olacaqlar və ya Allah dilədiyi başqa bir səbəblə bütün kainatı yox edəcək, qiyamət günü ilə əlaqədar olan vədini reallaşdıracaq.

Görüldüyü kimi hər şey sonludur; kainat da, yaradılmış bütün varlıqlar da...

Allah isə yaradandır. Və sonsuzluq yalnız Özünə aiddir.

Rəbbimiz, insanlara Quranda belə buyurur:

Sizə verilən hər hansı bir şey ancaq bu fani dünyanın malı və bərbəzəyidir. Allah yanında olan isə daha yaxşı və daha baqidir. Məgər başa düşmürsünüz? (Qəsəs surəsi, 60)

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz