Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
AXİR
Hər şey yox olandan sonra da var olan

 

Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir! (Hədid surəsi, 3)
Allah kainatı yoxluqdan yaradıb və onu ən sonda yenə əvvəlki vəziyyətinə qaytaracaq, yox edəcək. Yox olmayacaq heç bir əşya, ölümsüz olan heç bir canlı mövcud deyil. Dünyadakı bütün canlılar doğulur və ölür, hər şeyin bir ömrü, müddəti var. Halbuki, Quranda bildirildiyi kimi Allah əvvəldir, axırdır, yəni başlanğıcı olmadığı kimi sonu da yoxdur. Hər şey yox olduqdan sonra baqi qalacaq olan da Odur.
Ömrü və zamanı yaradan Allah maddəyə aid bütün bu xüsusiyyətlərdən uzaqdır. O, əvvəli və sonrası olmayandır. Sonsuzluğun sahibi, zamana və məkana tabe olmayan Allahdır. Nəticədə kainat təkrar başlangıc nöqtəsinə dönəcək, canlı-cansız heç bir şey qalmayacaq. Yalnız Allahın varlığı baqi qalacaq. Allah bu həqiqəti Quranda bu cür bildirir: (Yer) üzündə olan hər kəs fanidir. Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir. (Rəhman surəsi, 26-27)

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz